adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 Mart 2015 16:12
7670
ƏDƏBİYYAT

Orxan Fikrətoğlunun Türkiyədə kitabı və filmi hazırlanır

Yazıçı-ssenarist Orxan Fikrətoğlunun Türkiyədə  "Müjdə” adlı kitabı nəşrə hazırlanır. Bu barədəO. Fikrətoğlu özü yerli KİV-lərə məlumat verib. Onun sözlərinə görə, hazırda kitabıntürkcəyə uyğunlaşdırılması prosesi gedir. Kitabda yeddi hekayə, iki romanvə bir kinossenari var. 

O.Fikrətoğlu Türkiyə və Azərbaycanda kitab bazarının fərqli inkişafetdiyini deyib: "Türkiyədə hələ kitab çıxmayıb, amma mən pulun 70 faizinialmışam. Orada qayda belədir: bir nəşriyyat kitabı buraxır, satacaq təşkilat isəpulun 70 faizini müəllifə əvvəldən verir. Müqaviləyə görə satışa buraxandasonra da mənə pul çatır. 48 yaşım var, amma bu yaşa qədər Azərbaycanda ədəbiyyatındanbir manat da qazanmamışam. Amma Türkiyədə əksinə, kitab çıxmamış, pulun çoxhissəsini almışam”.

O.Fikrətoğlu diqqətə çatdırıb ki,  "Müjdə” adlı ssenarisi üzrə də filmin çəkilişləriisə davam edir. Tam olaraq bu yay başa çatması nəzərdə tututlur.

Yazıçı "Müjdə” ssenarisini özünün Türkiyə tərəfinə təklif etdiyini qeydedib: "Öyrəndim ki, Türkiyədə Türkiyə Film Yapımçılar Məslək birliyi fəaliyyətgöstərir. Onların saytına girib, rəhbərinin internet adresinə türk dilindəssenarimi göndərdim. Bir gün onlardan zəng gəldi və dedilər ki, ssenariniekranlaşdıracağıq. Yaradıcı heyətin Türkiyədən olmasını istəyirəm. Çünki Azərbaycanrejissorlarının işlərini artıq görmüşəm. Və onların potensialına bələdəm. Onagörə də türk rejissorunun, aktyorlarının olması çox önəmlidir”.