adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 May 2019 14:50
16802
ƏDƏBİYYAT

Oruc tutun, Namaz qılın, sağlam olun!

Oructutan, namaz qılan idi ağbirçək nənəm. Sübhdən onun oxuduğu dualar dolardıqulaqlarıma. Namaz qılmağın əhəmiyyətini necə gözəl təhlil edərdi, xudaya!Namaz qılmayan adamları benamaz adlandırardı nənəm.

Nənəmdeyərdi: «Bizi yaradan Allah namazı, orucu öz bəndələrinə borc göndərib. Bütünmüsəlmanlar o borcu qaytarmalıdırlar. Əgər qaytarmasalar onlar cəhənnəm odunayanacaqlar». Sonra namazın əhəmiyyətini elmi cəhətdən necə gözəl təhlil edirdinurani nənəm. Sübhdən qalxmağın, sübh namazı qılmağın xeyrindən danışırdı. Sübhgecə ilə gündüzün təhvil-təslim dövrüdür. Bu zaman hava süzülüb təmizlənir,havanın tərkibində yodbrom olur. Təmiz hava ilə tənəffüs etmək orqanizmdəoksidləşməni gücləndirir. Bundan sonra dəstəmaz başlayır. Bu zaman bədəninseçmə üzvləri yuyulur. Buruna su çəkmək onu iltihaba qarşı dözümlü edir, boğazısu ilə qarqara etmək badamcıqlarımöhkəmləndirir. Hamı bilir ki, burun qripp, boğaz angina xəstəliklərinə teztutulur. Biz çox eşidirik: «Ona soyuq su vermə boğazı angina olar». Amma nənəmbuz kimi suyu çəkərdi başına olardı buz baltası kimi. Bütün damarların üzəçıxan yeri dirsəkdir. Dirsək bir yerə toxunanda elə bil adamı tok vurur. Əmgəkdeyilən yeri hamı tanıyır. Ora daş dəysə adam o dünyalıq olar. Oranısərtləşdirmək çox faydalıdır. Bunların hamısından sonra namaza durardı nənəm.Fikir verin, əllər qulağın ardına gedir. Başı 3 dəfə qaldırıb göyə baxmaqboyunu hərəkət etdirir. Dizləri qatlamadan qaməti əymək, səcdəyə enib alnımöhürün üstünə qoymaq heç də biz düşündüyümüz kimi deyil. O, ürəyi masaj edir.Bu proseslərdən sonra oturub Allah qarşısında dua edərdi nənəm.

Allahım!Səni and verirəm izzəti cəlalına, məni, mənlə oturub duranları,qohum-əqrəbaları, bütün müsəlmanları şəri–şeytandan, quru böhtandan, məkrizənandan hivz elə! Ya Rəbbim, bizi çörəkdə imtahana çəkmə, müşkül işləriasanlaşdır, insanların könlünə insaf sal, yer üzündə sülh-əminamanlıq olsun.İlahi, səni and verirəm ali əbaya, beş kimsəyə yolumuza nicat, qolumuza qüvvət,dizimizə taqət ver. Sonra nənəm möhürü üç dəfə öpüb qoyardı gözünün üstünə,cenamazı qatlayıb qalxardı ayağa.

Namazdansonra adam gümrah halda yapışır işin qulpundan. Açığını deyim ki, namaz qılanadam şər işlərə meyl etmir. Onun qəlbində həmişə xeyirxah əməllər yaşayır. Qarafikirlər onu haqlayana qədər günorta namazının vaxtı çatır… Nənəm deyərdi:-dostluq, sədaqət, halal duz-çörək, inam, öz şəxsiyyətini tanımaq, nəzakətliolmaq, müdriklərə hörmət, özünün və başqasının sirrini saxlamaq, yersizdanışmamaq, şirin dillə başqalarının qəlbinə girmək kimi gözəl xüsusiyyətlərdiləyərdi nənəm yer üzünün əşrəfi olan insanlara. Geri qayıtması mümkün olmayanşeylər üçün təəssüflənməyə dəyməz deyərdi. Deyilmiş söz, açılmış güllə, keçmişömür, baş vermiş qəza heç vaxt geri qayıtmaz.

İnsanınxoşbəxtliyini düz danışmaqda, sirri möhkəm saxlamaqda, halal maya kəsb etməkdə,özünü həmişə sadə aparmaqda görürdü nənəm. Səbr etməsən arzuya çatmarsan,təvazökar olmasan məhəbbət qazanmazsan, səy göstərməsən elm əldə edə bilməzsən,deyərdi müdrik nənəm. İnsanları paxıllıqdan, xəsislikdən, namərdlikdənuzaqlaşdırmaqla bərabər böyük əngəllər törədən şeyləri nifrətlə qarşılayardı.Ləclikdən rusvayçılıq, acıqdan peşmançılıq, nalayiq danışmaqdan düşmənçilik,təmbəllikdən alçaqlıq baş verə biləcəyini dönə-dönə beynimizə yeridirdi nənəm.O, bildirirdi ki, yalançıda tam insaniyyətlik, paxılda xoşbəxtlik, həsədaparanda rahatlıq, bədxasiyyətdə böyüklük, müdriklik olmaz.

Ağılvə bilik, ədalət və doğruçuluq, səbr və həya insana hava və su kimi lazımdır.Hazırda müstəqil respublikamızda qədim məscidlər əsaslı şəkildə bərpa olunur,möminlər həmin məscidə axışırlar. Ciblərində «Bəyaz», «Qumru» gəzdirirlər. Həril müqəddəs ziyarətgahlara 10 minlərlə zəvvar gedir. Məşədi, Kərbəlayi, Hacıolurlar. Bunların hamısı islam dininə olan etiqadın bariz nümunəsidir. Məscidtikdirən xeyirxah xeyriyyəçilərin Allah könüllərinə insaf salaydı. Onlar həm dəgələcəyimiz olan balaların təhsil aldığı təhsil ocaqlarını da heç olmasa beşildən bir təmir edəydilər.

PeyğəmbərimizHəzrəti Məhəmməd Mustafa Sələllahı Əleyhi və səllam öz fərmayışlarının birindəbuyurmuşdur: «Gündoğanda bir müsəlmanın əlinə batan tikanın ağrı-acısınıgünbatandakı müsəlman duymalıdır». Nə, gözəl kəlamdır. Bu, həm də müsəlamanınbirliyi, ittifaqı deməkdir. Lakin çox təəssüflər olsun ki, Əfqanıstan,Çeçenistan, İranda, İraqda, Tacikistanda, Azərbaycanda müsəlmanın qanı sel kimiaxanda din qardaşlarımız «məndən ötdü» dedilər. Müsəlmanın tökülən qanınıgörmədilər. Ulu peyğəmbərimiz demişdir: - Bir saat elm öyrənmək altmış ilibadətdən sərfəlidir, beşikdən qəbirədək elm öyrənmək lazımdır, qiyamət günüAllah hüzurunda alimin mürəkkəbi şəhidin qanından qiymətlidir, alimlərpeyğəmbərlərin varisləridirlər, elm uzaq Çində də olsa, ardınca get.

İlin ayları arasında Ramazan ayının xüsusi yeri var.Nə üçün mübarək Ramazan ayı həm də müqəddəs aydır? Ona görə ki, müqəddəskitabımız, dünya müsəlmanlarının inanc yeri olan Qurani-Kərim on bir ayınsultanı olan Ramazan ayında nazil edilmişdir. Allahın Rəsulu Həzrəti MəhəmmədƏl-Mustafaya da peyğəmbərlik həmin bu ayda verilmişdir. Müsəlmanların qibləgahıolan Allah evi- Məkkə Ramazan ayında fəth edilmişdir. Gör nə gözəl aydı bu.Oruc tutmaq müsəlmanlara tanrı tərəfindən Ramazan ayında buyurulmuşdur. Artıq müsalmanlarınmübarək Ramazan ayıdır. Müqəddəs ayda ən vacib məsələlərdən biri oruc tutmaqdı,bu Allah borcu kimi bəndələrə göndərilib. Bütün müsalman dünyasının inanıbetiqad etdiyi Qurani- Kərimin Əl-Bəqərə surəsinin 183, 184,185-ci ayələrindəoxuyuruq:

«Ey iman gətirənlər! Oruc sizdənöncə gəlib keçmiş hümmətlərə fərz edildiyi kimi, sizə də fərz edildi. Lakin birməsələ var ki, xəstələr, hamilə qadınlar, gücdən düşmüş halsız qocalar, səfərdəolanlar oruc tutmaqdan azad olunurlar»… «Ramazan ayında qəsdən bir gün orucunupozan bütün ömrü boyu oruc tutsa belə kifayətetməz».

İndi gəlin görək oruc tutmağın insan orqanizmi üçünəhəmiyyəti nədir? İnsanın ildə bir dəfə məzuniyyətə çıxması çox vacibdir. İldəbir dəfə orqanizmdə dinclik yaradılmasa məhsuldarlıq azalar, adam özünü gümrahhiss etməz. İnsan bütün maddi nemətlərdən maksimum dərəcədə istifadə edir.

Fikir verin. Bir qoyun bir kq. ət yığmaq üçün nə qədər örüş dolanır,ot-ələf yeyir. Amma biz onu kəsir, ətini bol-bol həzm-rabədən keçiririk. Birbal arısı bir milli qram nektor yığmaq üçün «n» sayda tər çiçəyə qonmalı olur.Biz Allah bəndələri isə pətəkdən şanı çıxardıb doğrayır və ləzzətlə yeyirik. Ocümlədən meyvədən, tərəvəzdən istədiyimiz qədər istifadə edirik.

İnsanın bədənində birlaboratoriya- nizamla işləyən həzm sistemi var. Biz müxtəlif qidaları xammaterial kimi bu laboratoriyaya tökürük. Lakin bu sistemin necə işləməsindən vəbu dəzgahın içində xam materialın kimyəvi dəyişilməsindən xəbərsiz oluruq. Bizət, göyərti, çörək, meyvə, tərəvəz və başqa qidalarla qidalanırıq, su içirik.Bizim mədəmiz bir belə qida maddələri arasından özünə lazım olanları seçibgötürür və lazımsızları tullayır. İnsanın mədəsi yağları və başqa zərurimaddələri xəznə edir ki bədənin qidası çatışmadıqda aclıqdan həlak olmasın.Bildiyimiz kimi insan 42 gün ac qala bilər, çünki həmin xəznədə olan maddələronun köməyinə çatır. Bu işlərin hamısı insanın xəbəri olmadan görülür.

Ona görə də bədənin «dəyirmandaşı» hesab edilən mədə dişəkdən düşür, orada piylənmə gedir, qarın nahiyyəsişişir, adamın çevikliyi, oturub-durmağı, geyinib-soyunmağı çətinləşir. Əməkqabiliyyəti zəifləyir, şuxluğu itir, bədənin quruluşu dəyişir. Ona görə dəşuxluğunu, çevikliyini, əməkdə fəallığını itirmək istəmirsənsə mütləq mübarəkRamazan ayında oruc tutmalısan. Orucluğun bir xeyri də var. O da ondanibarətdir ki, zəkat və xums, yəni dini vergi verilir. Cəmiyyətdə varlı- kasıb,imkanlı-imkansız, mənfi, xeyirxah qüvvələr, səmimi və doğruçu insanlar var. Bubaxımdan orucluq riakar və dələduzdarı, para, mənsəb, şöhrət və vəzifəbazlarıxeyirxah adamların sırasına dəvət edir. Mənsəbpərəstlər altuna, mənsəbə, silahagüvənsələr də Allahın qəzəbindən yaxa qurtara bilməzlər. Onlar da savab işlərəqoşulmalı, ac qarın doyurmalı, çılpaq əyin geyindirməlidirlər. Dini vergidən heç kəs boyunqaçıra bilməz.

Mübarək Ramazan həm dəmüqəddəsdir, ona görə ki, bu bayramı dünya əhalisinin bir milyard müsalmanıqeyd edir. Bu, o deməkdir ki, bu bayram dünya müsəlmanlarının birliyindən,əqidə möhkəmliyindən, möhkəm ittifaqından xəbər verir, insanda dözüm yaradır.Lakin yuxarıda qeyd etdiyim kimi təəssüfedici haldır ki, uzun müddətli amansız ateist təbliğatı bizibu birlikdən, möhkəm ittifaqdan məhrum edib. Halalla haram, günahla savab mühasibdəqiqliyi ilə ölçülüb biçilməyib. Güclülər və zəiflər, əzənlər və əzilənlər,zülmkarlar və qurbanlar kimi iki qüvvə üz-üzə, qarşı-qarşıya dayanıb.

Allahın varlığını inkar etmək,günahı olmayanı döyüb günahkar etmək ibadət evlərini, insanları xeyirxahlığaharaylayan məscidləri dağıtmaq, Qurani- Kərim kimi dünya elmlərindən xəbərverən müqəddəs kitabı yasaq eləmək dinimizi, donumuzu, haqqa inamımızıəlimizdən almaq bizi fəlakət uçurumuna, allahsızlığa aparıb çıxartdı. Şükürlərolsun ki, haqq nazildi, ancaq üzülmədi. Yadımdadır. Sumqayıt bir vaxtlar azqala «allahsızlar şəhərinə» çevrilmişdir. Allahın adını tutmaq bizə yasaqolmuşdu.

Kəsəryastığımın yanını, Allah,

Məndənəsirgəməz canını, Allah.

Babamınistəkli gəlini, Allah,

Elimin ismətli, qızı anamdır.

Mənim bu şerimi «Senzura»buraxmadı ki, burada allahın adını çəkmisən.

Vəzifə sahibləri ölü yerlərinə getməyibelə qəbahət sayır, yasxananı dinlə bağlayırdılar. Mərhumun üstündə Quranoxutdurmaq çox gizli olmalı idi. Çünki dini savadı olanlar, Quran oxumağıbacaranlar özlərini suçlu sayırdılar. Şükr Allahın böyüklüyünə. «Allahsızşəhər» dininə qayıtdı, özünə qayıtdı, dini adət ənənələrinə qayıtdı. Sumqayıtdaəzəmətli məscid binası tikildi, dindarların sayı gündən –günə artdı, bir vaxtdini tənqid edənlər, indi cild-cild kitablar yazır, dini təbliğ edir. Mənbunları dinimizin uğuru hesab edirəm. Sübhdən qalxıb dərgaha üz tuturam, onaqarşı etdiyimiz hörmətsizliyimizi günaha yazmamasını xahiş edirəm. Oructutun, Namaz qılın, sağlam olun!Sağlamlıq insan üçün ən gözəl varlıqdır.

Əvəz Mahmud Lələdağ