adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
28 Avqust 2016 19:54
4458
HADİSƏ

Orta məktəbin ərazisində köməkçi tikili yanıb

Bu gün Salyan şəhərində orta məktəbin ərazisində yerləşən ümumi sahəsi 56 m2 olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 26 m2 sahədə yanıb.

 

Adalet.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın saat 16:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.