Orban: "Macarıstanın türk dövlətləri ilə illik ticarət dövriyyəsi 5 milyard dolları keçib"
2023-cü ildə Macarıstanın türk dövlətləri ilə ticarət dövriyyəsinin dəyəri 5 milyard ABŞ dollarını keçib.
Adalet.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxışı zamanı deyib.
O qeyd edib ki, Macarıstan TDT ölkələri ilə enerji sahəsində əməkdaşlığı da fəal şəkildə genişləndirir.
"Türkiyə təbii qaz aldığımız ilk ölkə olub. Biz, həmçinin Azərbaycandan da ilk qaz həcmlərini əldə etmişik. Bundan başqa, neft hasilatı sahəsində əməkdaşlıq qurulub. Buna görə də göstərilən dəstək və yardıma görə hamınıza təşəkkür etmək istəyirəm", - o bildirib.
V.Orban vurğulayıb ki, Macarıstan artıq Türk İnvestisiya Fonduna töhfələrlə bağlı öhdəliklərini yerinə yetirməyə başlayıb və 100 milyon ABŞ dolları köçürüb.
"Ümid edirəm ki, TDT şirkətləri ölkələrimizin iqtisadi inkişafı üçün Macarıstana sərmayə qoyacaq", - o əlavə edib.
Digər Xəbərlər
24 Sentyabr 2026 23:47
Türkiyəli nazirdən istefa verməsi xəbərlərinə REAKSİYA
24 Sentyabr 2026 23:33
Zelenski: "Patriot" sistemləri üçün raketlər barədə razılaşdıq
24 Sentyabr 2026 23:21
BMT-də 80-ə yaxın ölkə Hörmüzdə gəmiçiliyin bərpasına çağırış edib
24 Sentyabr 2026 23:11
Netanyahunun çıxışı zamanı zalı tərk etdilər - VİDEO
24 Sentyabr 2026 23:08
Şahbaz Şərif və Məsud Pezeşkian regiondakı vəziyyəti müzakirə ediblər
24 Sentyabr 2026 23:00
"TRIPP Hörmüz boğazına alternativ ola bilər" - Uitkoff
24 Sentyabr 2026 20:45
Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik
24 Sentyabr 2026 20:29


Bakı -°C

