adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Iyul 2019 17:27
15132
ƏDƏBİYYAT

Oqtay Rza: VƏTƏN

Gözəllik diyarı, hünər məskəni,

Necəvurulmasın hüsnünə insan?

Təbiətfüsunkar yaradıb səni,

Tarixinqocadır, özün cavansan.


Durnaüçbucağı süzər göyündə,

Gəzərqoruğunda vəfalı ceyran;

Dağ küsərgörməsə kəkliyi gündə,

Turacoxumasa darıxar aran.


Bağ,çəmən bəzəyir geniş sinəni,

Nəhəngqarağacın, körpə gülün var;

Təbiətfüsunkar yaradıb səni,

Şəlalən,dənizin, çayın, gölün var.


Coşanilhamındır baharda sellər,

Zümzümənpayızın həzin yağışı;

Muğanaquş kimi qonar fəsillər,

Savalan yayda da yaşadırqışı.


Laçında çağlayır iki cürbulaq,

Biri barmağımı yandırarmənim,

Biri dodağımı dondurarmənim,

Maralın baxdığı güzgüdürbulaq.


Yola salacaqsan min qərinəni,

Qəm, kədər qismətin olmasın,Vətən!

Təbiət füsunkar yaradıbsəni,

Bircə çiçəyin də solmasın,Vətən!