Oqtay Əsədov ATƏT PA-nın sədrilə görüşüb
Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov sentyabrın 24-də Nur-Sultan şəhərində ATƏT Parlament Assambleyasının (PA) Sədri Georgi Tsereteli ilə görüşüb.
Oqtay Əsədov Milli Məclisin ATƏT Parlament Assambleyası ilə əməkdaşlığının inkişafından məmnunluğunu bildirib. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən, beynəlxalq nəqliyyat marşrutlarının inkişafında oynadığı roldan danışıb. Milli Məclisin Sədri səmərəli dialoqun davam etdirilməsinin önəmini vurğulayıb.
Georgi Tsereteli Azərbaycana səfərini və ölkəmizdə keçirdiyi məhsuldar görüşləri məmnunluqla xatırlayıb. O bildirib ki, ATƏT PA Cənubi Qafqazın bu bölgəsi ilə əlaqələrin daha da dərinləşməsinə böyük maraq göstərir.
Söhbət zamanı Azərbaycanın ATƏT PA-nın işində məhsuldar iştirak etdiyi və qurumun fəaliyyətinə mühüm töhfə verdiyi qeyd edilib, ATƏT məkanında parlament əməkdaşlığı istiqamətinin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
04 May 2024 22:54
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 20:26Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 14:08İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM
03 May 2024 20:04Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır
03 May 2024 16:47