adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 Mart 2016 22:02
112389
RUBRİKA

Onu hər kəs “Canlı işıqfor” kimi tanıyır – REPORTAJ

XalidMusayev adını çoxları tanımayacaq. Azərbaycanda yeganə "Canlı işıqfor” kimitanınan həmin şəxsdən söhbət gedir. 19 ildir bu peşə ilə məşğul olan Əmircan qəsəbəsakini ilk dəfə bu həvəsdən doğan fəaliyyətinə 1997-ci ilin noyabrın 27-dənetibarən başladığını söyləyir. Əslən qərbi Azərbaycandan olan Xalid Musayevinqardaşı Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biridir. Çəkilişapardığımız qəsəbədə elə həmin ərazidə ilk dəfə avtomobil yağları satmaqlabaşlayan qəhrəmanımızın yolun kənarında kiçik bir obyekti də var idi. Dahasonra bu işlə bərabər Xalid üzərinə təmənnasız, lakin özünün dediyinə görə çoxməsuliyyətli və hələ uşaqlıq illərindən arzusunda olduğu bir vəzifəni götürməyəqərar verir. Xalid Musayevin "canlı işıqfor” adını alması və bu işlə məşğulolmasının çox maraqlı bir tarixçəsi var. Səmimi və mehriban tərzi ilə biziözünün iş otağına dəvət edib söhbətə başladı:

"Mən 97-ciilə kimi bu yerdə yolun kənarında dayanıb avtomobil yağları satışı ilə məşğulidim. Hələ o vaxtlardan ağlıma belə bir ideya gəlməmişdən əvvəl yolun kənarındadayandığım üçün bəzən yolu keçə bilməyən uşaq və yaşlılara kömək edirdim."Canlı işıqfor” adını da elə mənə həmin insanlar qoyub. Bir dəfə Aytən adlıkiçik bir qız yolun o tərəfində dayanmışdı və avtomobillər çox keçdiyi üçünyolu keçə bilmirdi və birdən həmin balaca qız məni "Canlı işıqfor” deyə səsləyibkömək istədi. Və ondan sonra bu adın məğzini dərk etdim və bu günə kimi bu işləməşğulam. İllər sonra artıq yağ satışını dayandırdım və daha sonra bu iş otağımənə verildikdən sonra burada həm də məktəbli ləvazimatları satmağa başladım.Bayramlardan birində hətta həmin ləvazimatları (dəftər, qələm çanta və s.)kiçik bir proyekt çərçivəsində yoldan keçən hər məktəbliyə hədiyyə olaraqvermişəm. Hal-hazırda isə nə yağ satışı ilə məşğulam, nə də məktəb ləvazimatlarısatıram. Sadəcə dünyada ən sevdiyim yeganə işimlə məşğul olan bir vətəndaşam”.


Qəhrəmanımızıniş otağında isə yol hərəkəti qaydalarına aid demək olar ki, hər bir element gözədəyirdi. Otağın ümumi görünüşü həm də kiçik sinif otağını xatırladırdı.Nazirlik tərəfindən Xalid Musayevə verilmiş müxtəlif geyim formaları və həmçininyol hərəkəti qaydalarına aid nişangahlar və lövhələr, o cümlədən işıqfor vəsaitləriotaqda yer alıb. O, bunların tədris prosesində əyani vəsait kimi istifadəolunduğunu söyləyir. Otaq da həm də hər həftənin şənbə günün könüllü olaraquşaqlara yol hərəkəti qaydalarının tədrisini aparır. Bundan əlavə qəsəbədə,yaxınlıqdakı orta məktəblərdən də ona dəstək gəldiyini və digər tədris fənlərinihəmin uşaq kollektivinə təmənnasız şəkildə öyrətmək istəyən müəllimlər mənəmüraciət edib. Burada bəzi vaxtlar başqa fənlər də tədris edirik.

Yol polisiolmağı uşaqlıqdan bəri arzuladığını deyən Xalid hələ orta məktəbdə oxuduğuvaxtlarda sinif yoldaşlarına "Vaxt gələcək məni hər kəs tanıyacaq” deməsionların gülüş hədəfinə çevrilmişdi. Qəhrəmanımız illər sonra həmin cümləninreal olduğuna inanır. Nəinki yerli, hətta xarici və dünyaca tanınmış "BBC”,"Cihan” və s. telekanallar Xalid Hüseynov haqqında videoreportajlarhazırlayıblar. Yerli mətbuatda da onun haqqında kifayət qədər informasiya vəreportajlar var.



Bizimləmüsahibə zamanı bir fikri də yoldan keçmək istəyən insanlarda idi. İş yerini dəhətta elə bir mövqedədir ki, otağın pəncərəsi birbaşa insanların keçdiyi həminpiyada zolağı olan hissəni hədəf almışdı. Reportaj hazırlayan zaman bir neçə dəfəmüsahibəni yarımçıq qoyaraq yolda onun gözləyən balaca məktəbli və yaşlılarıkeçirmək üçün iş başına qayıtdığının şahidi olurduq. İllərdir öz peşəsinə olansevgisindən danışan Xalid qeyd edir ki, dəfələrlə buna görə bəzi sürücülərləmübahisəm yaranıb, hətta məni təhqir etdikləri hallar da yaşanıb, lakin mən onu bilirəm ki, bu işdə məni ruhlandıranvacib səbəblər var. Ən başlıcası isə yolun gördüyünüz bu hissəsində bir vaxtlar13 məktəblinin avtomobil qəzası nəticəsində həyatını itirməsidir. Mənim olduğum19 il ərzində bircə dəfə də olsun belə bir hadisə baş verməyib. Bəli, illərdirbu sənəti davam etdirirəm, çünki sevərək davam etdirirəm. Xalid - nə qışınqandonduran soyuğunu, nə də yayın qanqaynadan istisini tanımayan qəhrəmanımızbütün fəsillərdə yorulmadan və səbirlə öz işinin öhdəsindən gəlməyi bacarır.

-19 il təmənnasız "Canlı işıqfor” olmaq sizi nə dərəcədə motivasiya edir?

- Bumövzuda danışarkən mən həmişə mətbuat nümayəndələrinə minnətdarlığımı bildirirəm,ümumiyyətlə ölkədə səsimin yayılmasında onların müstəsna rolu olub. Təbii ki,illərdir çalışmağım və zəhmətimin bu qədər maraq və səs doğuracağına şübhəetmirdim. 2007-ci ildə günlərin birindəSuraxanı İcra Hakimiyyətindən mənə məktub gəldi və məni ora dəvət etdilər.İşimin və fəaliyyətimi dəyərləndirdiklərini bildirdilər. İcra başçısı İlqarNamazovun tapşırığı ilə mənə aylıq maaş verilməyə başlanıldı. Hal-hazırda 160manat maaş alıram.


Əməkveteranı olduğunu söyləyən Xali Musayev 2-ci qrup əlilliyinə görə də aldığı məvacibləvə maaşla ailəsini dolandırır. 2 övladı var. Ümumiyyətlə fəaliyyətinin bir çoxqurumlar tərəfindən, qeyri-hökumət təşkilatları tərəfindən dəyərləndirildiyinivə həmin qurum rəhbərliklərindən ona tədbirlərlə bağlı və yeni işlə əlaqədar təkliflərgəldiyini qeyd edib: "Bakıda yerləşən iri şirkətlərdən aylıq 600 manat maaşıolan iş təklifləri almışam. Buna baxmayaraq mən onları qəbul edə bilməzdim.Çünki başqa bir işdə işləmiş olsam, qəsəbə sakinlərinin yol təhlükəsizliyi ilə bağlı məsuliyyətimdən əl çəkmişolacaqdım. Mən bu yolda xidmətimə hörmətim və zəhmətimi dəyərləndirərək öz peşəməsadiq qalmışam və qalacağam. Əgər başqa bir yerdə çalışmış olsam, bu gündəlikyoldan istifadə edən balaca məktəbli şagirdlərin və yaşlıların təhlükə iləyenidən üz-üzə qalmalarına səbəb olacaq. Mənim də azyaşlı övladlarım var vəonlar da məktəbə gedib-gəlirlər. Aylıq dolanışığıma görə isə həmişə şükür etmişəm.

"Nazirlə görüşəndənsonra həmin polis mənə zəng edib dedi ki...”

"Canlıişıqfor” adını qürurla daşıdığını və bu günə kimi bu ada qeyri-sadiqlik göstərmədiyibildirəm Xalid Musayev təkcə adi vətəndaşların deyil, bəzən patrul xidmətinin əməkdaşlarınınavtomobilini də saxladığı üçün buna görəbəzi çətinliklər yaşadığını söyləyib: Bir neçə dəfə bu halla rastlaşsam da, hərdəfəsində öz öhdəmə düşən işi gördüyümü onlara sübut etmişəm. Patrul nümayəndələrindənbiri bir dəfə xidməti maşınlarını saxladığım üçün mənimlə rişxəndlə mübahisəetdilər. Onlar mənə deyirdilər ki, sən kimsən ki, bizi saxlayırsan. Mən isə öziş vəsiqəmi onlara göstərib vəzifəmin bu olduğunu söyləmişəm. Daha sonra cənabnazir Ramil Usubovun tədbirlərindən birinə məni dəvət etdilər. Oradagörüşümüzün fotoşəkili yayılandan sonrahəmin polis mənimlə əlaqə saxlayıb dedi ki, sənin işinə hörmət edirəm, bundansonra sənə yaşıl işıqdır.


Müsahibələrinsonunda Xalid Musayev onunla görüşməyə gələn hər bir qonağı ilə keçən maraqlısöhbətlərindən sonra onun fikir və istəklərini yazması üçün "Fəxri qonaqkitabçasını təqdim edir. Bu dəfə mən də həmin kitabçada öz imzamı qeyd etdim.

Rüfət Soltan