Onların sığorta stajlarının hesablanması qaydasını NK müəyyən edəcək
Azərbaycanda mülki aviasiyada uçuş və uçuş-sınaq heyətində işləyən şəxslərin sığorta stajlarının hesablanması qaydasını Nazirlər Kabineti (NK) müəyyən edəcək.
Adalet.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
Sənəd Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, mövcud qanunvericiliyə əsasən, həmin sahədə işləyən şəxslərin pensiya hüququnun təmin olunması üçün bəzi əsaslar NK-nın müxtəlif qərarları ilə müəyyən edilir.
Qanuna təklif edilən dəyişikliklə bu hüquqi əsasların vahid qanunvericilik sisteminə uyğunlaşdırılması və mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydasının da NK-ya həvalə edilməsi nəzərdə tululur.
Bildirilib ki, dəyişikliklər pensiya təminatı sistemində dövlət öhdəliklərinin müəyyən olunması ilə xüsusi sosial müdafiə və güzəştli pensiya hüquqlarına malik olan şəxslərin sosial rifahının gücləndirilməsinə, eləcə də qanunvericilik aktlarının unifikasiyasına yönələrək dayanıqlı pensiya təminatı sisteminin formalaşmasına xidmət edəcək.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

