adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
29 Mart 2024 10:01
1778
ŞOU-BİZNES

"Onların elə bacarıqları var ki, biz bunu bilmirik" - Xalq artistindən REAKSİYA

Bir neçə gündür sosial şəbəkədə Kənan adlı şəxsin döyülmə görüntüsü gündəm olub.

Adalet.az xəbər verir ki, bu hadisə ilə bağlı Xalq artisti Tünzalə Ağayeva da münasibətini bildirib. 

"Kənana qarşı vəhşilik edən insanlar məsuliyyətə cəlb olunacaqlar. Mən buna çox inanıram. Ailələrdə mənəviyyat, insanlıq, haldan anlama, sevgi-mərhəmət dəyərləri həmişə təbliğ olunmalıdır. Bu hadisələr ona gətirib çıxarır ki, deməli yetərincə deyil. Mən üzümü tutmaq istəyirəm valideynlərimizə, bizə, məktəblərimizə, müəllimlərimizə, biz uşaqlarımıza nə qədər sevgi, mərhəmət, aşılaya bilirik? Autizm, daun sindromlu və eləcə də digər səbəbli dünyaya gələn insanlar bu cəmiyyətin, xalqın övladlarıdırlar. Onlar da sevgi görməlidirlər, onlar da qayğı görməlidirlər. Onlar öz spesifik yaradılışlarına görə fərqlidirlər. Yeri gəlsə, onlar bizdən də istedadlıdırlar. Onların elə bacarıqları var ki, biz bunu bilmirik. Buna dəyər verməliyik. Sabah biz dünyada olmayanda həyata tutunsunlar".

 

Emin