“Onların arzuları bu dəfə də gözlərində qalacaq” - Deputat
"O yerdə ki, inkişaf var, orada qısqanclıqlar da olacaq, qərəzli yanaşmalar da. Kimlərsə bizim uğurlarımıza kölgə salmaq istəyə bilər, amma onlar nə keçmişdə, nə indi, nə də bundan sonra istəklərinə nail olmayacaqlar”.
Adalet.az xəbər verir ki, bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Əlağa Hüseynov bəzi beynəlxalq təşkilatların və müxalifət fəallarının I Avropa Olimpiya Oyunlarının baykot olunması çağırışlarına münasibət bildirərkən deyib.
"Bir neçə il öncə ölkəmizdə "Eurovision” yarışması keçiriləndə də bu cür çağırışlar səsləndirilirdi. I Avropa Olimpiya Oyunları öncəsi də oxşar ssenari işə düşüb. İstər o zaman, istərsə də indi həyata keçirilən kampaniya vahid mərkəzdən idarə olunur. Bu kampaniyada adını insan haqları təşkilatı qoyub, əslində kommersiya fəaliyyəti ilə məşğul olan qurumlar, o cümlədən şəxsi maraqları üçün hər şeyi qurban verməyə hazır olan daxili satqınlar yer alır. Onlar iddia edir ki, guya Azərbaycanda insan haqları pozulub və bu səbəbdən Avropa səviyyəli tədbirlər bizim ölkədə keçirilə bilməz. Amma unudurlar ki, bu gün Azərbaycanda olan demokratik şərait heç Avropanın özündə də yoxdur. Erməni lobbisi onları o qədər pulla təmin edib ki, nə danışdıqlarını da unudublar. Heç kim unutmasın ki, I Avropa Olimpiya Oyunları ən yüksək səviyyədə təşkil olunacaq və ölkəmizin qarşısında yeni imkanlar açacaq”.
Digər Xəbərlər
29 Aprel 2024 11:34
Prezidentlərin Kremldə kadrarxası görüntüləri - VİDEO
29 Aprel 2024 11:28İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul etdi
29 Aprel 2024 10:14İlham Əliyev Yan Vanmini qəbul etdi
28 Aprel 2024 23:05ABŞ Dövlət katibi: Azərbaycanla ikitərəfli əlaqələri gücləndirmək niyyətindəyik
28 Aprel 2024 23:03