"Onlar qanunun sərt üzü ilə üzləşəcəklər" - MSK sədrindən XƏBƏRDARLIQ
“Heç bir namizədin digər namizədlərin hüquqlarını pozmağa haqqı yoxdur, bu baş verərsə, qanunun sərt üzü ilə üzləşəcəklər və müvafiq addımlar atılacaq”.
Adalet.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.
O, təyin edilmiş yerlərdən kənarda, insanların arasında narazılıq yaratmağa çalışan namizədlərlə bağlı tədbirlərin görüləcəyini deyib:
“Biz hər zaman namizədlərin hüquqlarının qorunmasına, onların xeyrinə qərarların verilməsinə çalışırıq. Lakin cəmiyyətdə xoşagəlməz hadisələrə səbəb olmaq istəyən, qığılcım yaradan şəxslər də qanunun sərt üzü ilə qarşılaşacaqlar. Namizədlər üçün seçicilərlə harada görüşmək mümkündürsə, həmin ərazilər görüş yerləri siyahısına daxil edilib. Açıq görüş yerləri qapalı yerlərdən iki dəfə çoxdur”.
Digər Xəbərlər
04 Oktyabr 2026 23:51
Prezident həftəsi - VİDEO
04 Oktyabr 2026 18:10
"Hər kəs ağlını başına yığıb yerində otursun, Azərbaycan suveren dövlətdir" - Hulusi Kılıç
04 Oktyabr 2026 17:17
“Cəbrayılın azad edilməsindən sonra strateji əhəmiyyət daşıyan imkanlar yarandı”
04 Oktyabr 2026 11:33
Emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - VİDEO
04 Oktyabr 2026 09:18
Azərbaycanla delimitasiya prosesi dostluq ruhunda davam etdiriləcək - Kobaxidze
04 Oktyabr 2026 09:02
Böyük Qayıdışın Cəbrayıl tarixçəsi
03 Oktyabr 2026 13:06
Ceyhun Bayramov Əraqçi ilə telefonla danışdı
03 Oktyabr 2026 11:26


Bakı -°C

