Onlar direktor müavini təyin edildilər
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən, Şamama Əmirova Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinə, Aysel Səfixanova isə Sumqayıt Musiqi Kollecinə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.
Adalet.az xəbər verir ki, Şamama Əmirova bakalavr təhsilini Azərbaycan Dillər Universitetində “İngilis dili müəllimliyi” ixtisası üzrə alıb. Daha sonra ADA Universitetində “Təhsil menecmenti” ixtisası üzrə magistratura təhsili alıb. O, 2013–2020-ci illərdə Laçın rayonu 10 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi işləyib, 2020-ci ildən etibarən isə həmin məktəbin direktoru vəzifəsində fəaliyyət göstərib.
Aysel Səfixanova bakalavr təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “İnstrumental ifaçılıq” ixtisası üzrə, magistratura təhsilini isə Azərbaycan Milli Konservatoriyasında fərqlənmə ilə başa vurub. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində “Menecment” ixtisası üzrə ikinci ali təhsil alır.
Əmək fəaliyyətinə 2015-ci ildə başlayan Aysel Səfixanova müxtəlif dövrlərdə bir sıra vəzifələrdə çalışıb. O, 2023–2025-ci illərdə Azərbaycan Milli Konservatoriyasının Etnomusiqişünaslıq kafedrasında müəllim kimi fəaliyyət göstərib. Yeni təyinata qədər Azərbaycan Milli Konservatoriyasında rektorun köməkçisi vəzifəsində çalışıb.
Digər Xəbərlər
12 Mart 2026 14:49
Magistratura imtahanının nəticəsi açıqlandı
12 Mart 2026 10:29
Buraxılış imtahanında 62 mindən çox şagird iştirak edəcək
11 Mart 2026 12:12
Riyaziyyat fənnindən sualllar çətin olub...
11 Mart 2026 11:53
Dövlət qulluqçusu olmaq istəyən 1600-dən çox namizəd imtahan verəcək
10 Mart 2026 20:22
Nazir işğaldan azad olunmuş ərazilərdə çalışan müəllimlərlə görüşüb - FOTOLAR
10 Mart 2026 15:42
Elm və təhsil naziri Xankəndi və Xocalıda təhsil müəssisələrində olub - FOTOLAR
10 Mart 2026 14:06
Azərbaycan Universitetinin əməkdaşları dərs vəsaiti hazırlayıblar
10 Mart 2026 12:17


Bakı -°C

