adalet.az header logo
  • Bakı -°C
30 Aprel 2026 19:04
72
DÜNYA
A- A+

Almaniyada yanacağın qiymətləri rekord həddə çatdı

Almaniyada yanacağın qiymətləri kəskin bahalaşaraq rekord səviyyəyə çatıb.

Adalet.az xəbər verir ki, Almaniya Avtomobil Klubu (ADAC) tərəfindən açıqlanan məlumata əsasən, yanacaqla bağlı güzəştin qüvvəyə minməsinə qısa müddət qalmış dizel yanacağının qiyməti ölkə üzrə orta hesabla hər litr üçün 17,7 sent artıb. “E10” markalı benzinin qiyməti isə 15,4 sent yüksəlib.

Bahalaşmanın əsas səbəblərindən biri kimi dünya bazarlarında neftin qiymətlərinin artması olduğu bildirilir. Son günlər neftin qiyməti 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. Halbuki bir gün əvvəl ölkə üzrə orta qiymətlərdə ciddi dəyişiklik qeydə alınmamışdı.

Qeyd edək ki, Bundestaq yanacaq qiymətlərinin artımının təsirini azaltmaq məqsədilə benzin və dizel üzrə enerji vergisinin müvəqqəti azaldılması ilə bağlı qərar qəbul edib. Qərara əsasən, mayın 1-dən iyunun sonunadək yanacaq üzrə vergi hər litr üçün 17 sent aşağı salınacaq.