adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Mart 2019 23:10
21318
ƏDƏBİYYAT

Ömür karvanı hayana gedir

Bəlkə də insandünyaya gələndə onun taleyi, arzuları, əməlləri də doğulur, alın yazısıyazılır. Doğulduğu zamandan ta ömrünün son anlarına kimi arzu və istəklərini həyatakeçirmək uğrunda çarpışır.

Təbiətin gözəlliyiondadır ki, Allahın yaratdığı bütün canlılar təbii görünür. Göründüyü kimi olaninsanların həyata baxışı, davrınışı vədanışığı da təbiidir. İnsan var, bir neçə saat onunla tanış olursan, söhbətedirsən, ondan ayrılmaq istəmirsən. İnsan da var, illərlə dostluq edirsən ondantutarlı bir əlamət yaddaşında qalmır. Sanki onunla çoxdan dostluq edirsən,oturub-durursan, çörək kəsirsən.

Hər kəlməsi,danışığı, duruşu, insani baxışları təbii olanlardan, yaddaşlarda silinməz izburaxanlardan biri də ömrünün 80-ci ilinə qədəm qoymuş Məmməd Ağaxan oğluŞiriyevdir. O çox mehriban, iç dünyası zəngin, gənc nəslə nümunə olan, el-obasevgisiylə yaşayan, kişi sözünü, həqiqəti deməyi bacaran, sağlam düşüncəli birziyalı, ağsaqqaldır.

Gəlin MəmmədŞiriyevin 80 illik öm

ür yoluna qısabir nəzər salaq. O, 1939-cu il fevralın 9-da təvəllüd tapıb. Orta məktəbibitirib, Kənd Təsərrüfaıtı İnstitutunda oxuyub. Beş il Lerik Rayon KomsomolKomitəsinin birinci katibi olub. Onun müsbət keyfiyyətləri raykomun birinci katibiSəmid Qulabovun diqqətindən yayınmayıb. Moskvaya Ali Komsomol Məktəbinə oxumağagöndərilib. Bundan sonra isə Bakı Ali Partiya Məktəbinin müavini olub. 1972-ciildə Cəlilabad PPK-da təlimatçı işləyib. Cəlilabadda katib işləmiş ƏbdüləliMürsəlov ona ev verib, maşınla təmin edib. İki il sonra həyat yoldaşının səhhətiilə əlaqədar Lerikə qayıdıb, burada partiya komitəsində təlimatçı, sonra MTS-də(RTS) müdiri işləyib. 2007-2017-ci illərdə Aqroliznq ASC Lerik rayon filialınındirektoru olub.

Təkcə demək kifayətdirki, o dövrdə rayonun təsərrüfatlarında 19 kombaynın sayı 49-a çatdırıldı.Kolxoz və sovxozçular da müxtəlif texnikanın sayı 300-dən 780-ə qalxdı. Rayonuniqtisadi inkişafı sürətləndi, tikinti-quruculuq işlərinin miqyası artdı. O,rayon Sovetinə deputat seçilmiş, həmişə də seçicilərin təkliflərinə həssaslıqlayanaşmış, onların tapşırıqlarını yerinə yetirməyə çalışmışdır.

Səksən ilini şərəfləyaşamış Məmməd Ağaxan oğlunun ömür yolunu, əmək fəaliyyətinin rəngarəng məqamlarınıbir oçerk vasitəsilə təsvir etmək çətindir. Onun işdə nizam-intizamı, tələbkarlığı,özünə inamı, işinə hörməti, insanlarla işləmək bacarığı olmasaydı, uzun müddətəhəm şərəfli və həm də məsuliyyətli vəzifələri icra edə bilməzdi. Ona tapşırılanişləri vəzifə, şan-şöhrət xatirinə yox, Vətənin tərəqqisi, insanlarınfiravanlığı naminə icra edib. Hər bir işin arxasında isə Məmməd Şiriyevin özü, əməlidayanıb...

Vətən məhəbbəti

hər şeydənucadır

NapoleonBonapartın belə bir fikri var: "Vətənə məhəbbət-sivil insanın ən mühüm ləyaqətgöstəricisidir". Məmməd müəllimin Vətən sevgisi torpaq, yurd sevgisindən,milli-mənəvi keçmişə hörmət, torpaq yarasından, üstündə qərar tutduğu məmləkəti,onun sərhədlərinin qorumaqdan keçir. Körpə öncə anaya meyl salır, onu sevir, ətrafaləmi maraqla seyr etməyə, onunla təmas qurmağa başlayır, ana qucağındaböyüyür, ana məhəbbətindən qaynaqlanan Vətən sevgisinin ilk işartıları meydanagəlir. Beləliklə də elə bu səbəbdəndir ki, qucağında böyüdüyümüz ana vəqoynunda boy atıb gəzdiyimiz Vətənə məhəbbət həmişə eyni səviyyədə əziztutulur.

Məmməd Şiriyev gəncmüəllimlərlə söhbət əsnasında deyir:

- Hər bir müəllimçalışmalıdır ki, bu gün parta arxasında oturmuş şagird gələcəyin qorxmaz, cəsur,igid, Vətən yolunda canından keçməyə hazır olan, ərazi bütövlüyümüzü can-başlaqoruyan alovlu bir vətəndaş kimi tərbiyə alsın. Vətən yolunda canlarından keçənoğulların özlərinə məxsus taleləri olsa da, onları mənəvi yaxınlıq, oxşarxüsusiyyətlər birləşdirir: cəsarət, fədakarlıq, vətən segisi, ana torpağabağlılıq. Hər bir vətəndaşın ona etibar edilmiş vəzifələri vicdanla yetirməsi məhzvətənpərvərlikdir.

Xalq şairi BəxtiyarVahabzadə yazır: "Vətən sevgisi insan duyğularının ən yüksək və ən müqəddəsidir".Bu sevgidən əziz nə ola bilər?..

Bəli, Vətən qəhrəmanımızüçün hansısa bölgə deyil, həmişə arzuladığımız bütöv Azərbaycandır...

Böyüklük sadəlikdədir

Hər bir insan fərdi,özünəməxsus cəhətləri ilə fərqlənir. Əgər belə olmasaydı, adamların oxşarlığı,yeknəsəkliyi cansıxıcı görünərdi. İnsan təbiətindəki başlıca xüsusiyyətlərdənbiri də sadəlikdir. Sadə insanlar həyatda həmişə böyük və saf ürəkləri ilə fərqlənirlər,xeyir əməl sahibi olurlar.

Sadə təbiətliinsanların əqidələri də saf olur. Onlar öz aydın və səmimiyyəti ilə həmişə ətrafdakılarınaörnək olur, ürəklərə asanlıqla yol tapmağı bacarırlar. Məhz Məmməd Şiriyev dəbelə bir ürək, əqidə sahibidir, sadəliyi ilə böyük, uca görünəndir,

...Bir dəfəqonaqları gəlmişdi. Yoldaşı Zərifə xanım yemək hazırlığı görürdü. Samovarınpıqhapıqla qaynayıb daşdığını görən Məmməd cəld hərəkətlə ayağa durdu. ÇaynikəLənkəran çayı, kəkotu, ədivələr atdı, üstünə qaynar su süzdü.

Dəm almaq üçünçayniki vam odun üstünə qoydu. Bir neçə dəqiqədən sonra xrustal stəkanlarasüzdüyü pürrəng çay ətri otağı bürüdü. Süfrədə doğranmış limon, gilas mürəbbəsi,digər şirniyyatlar çay dəstgahını daha təravətli etdi. Qonaqlardan nisbətənyaşlısı dedi:

- Qardaş, bizə xəcalətvermə. Əyləş görək nə var, nə yox. Amma, öz aramızdır, dəmlədiyin çaya söz olabilməz. İnan, bahalı restoranlarda belə çay vermirlər. Məmmədin gülümsər çöhrəsidaha şən görkəm aldı:

- QonaqAllahındır. Heç bir əziyyəti-filanı yoxdur, borcumuzdur. Siz bilirsiniz qonağaqulluq etmək nə qədər savab işdir? Mən qonaq qarşısında borcumu yerinə yetirmişəm,bundan məmnunluq duyuram...

Bəli, Məmmədel-obasını, doğma torpağı sevir, özünü heç vaxt cəmiyyətdən, insanlardan ayrıhesab etmir. O həmişə bizim aramızdadır. Həmişəki kimi sadədir, böyükdür, şıqgeyimdədir, dostlarının arasındadır, əhatəsindədir, heç kəsdən üzükölgəlideyil. O istəsəydi çoxdan köçüb şəhərə gedə bilərdi. Lakin doğmalarının cazibəsionu cəzb edir, uzağa getməyə qoymur.

... Ucalıqyalnız onu qazananlara nəsib olur. Həmin məqamda qalmağı bacarmaq xaraktercəgüclü şəxsiyyət Məmməd Şiriyevə xasdır...

Nüfuz şəxsinümunənin

ölçüsüdür

Doğrudan danüfuz şəxsi nümunənin ölçüsüdür. Nüfuzlu ziyalı, sözükeçən hörmətli ağsaqqal həmişəucalığa can atır. Uca zirvəyə hər adam çata bilmir. Biz bu gün 80 yaşı tamamolmuş Məmməd Ağaxan oğlunu ziyalı timsalında, ağsaqqallığın yüksək pilləsindəgörürük. Onun yubileyində danışanların əsas sözünün özəyini bu fikir təşkiledirdi.

Oğlu Nadir sankiötən illərə, aylara baş vuraraq deyir:

- Atam barədə hələindiyədək eçitmədiyimiz çox qiymətli fikirləri dinləyərək qürur duyuruq.

Ailəmizin böyüyü,cəmiyyətin bir üzvü kimi nüfuz sahibi olması onun xarakterindən irəli gəlir.Atamız hamının arzuladığı bu zirvəyə çatmaqdan örtü ömrün dolaylarından, əzab-əziyyətli,enişli-yoxuşlu yollardan keçib, bərkə-boşa düşüb.

Düşmənçilikləişi olmayıb, heç vaxt kiminsə qarşısında sınmayıb, əyilməyib, dağlılara məxsuskişi kimi yaşayıb. Dostları sınayıb, dost əlini dost kimi sıxıb, süfrəsi həmişəqonaq-qaralı olub...

Atam heç vaxtöyünməyib, yersiz tərifdən qaçıb. O istər vəzifə, istərsə də şəxsiyyətcə özünəbab olmayanlarla həmişə xoş münasibətdə olub. Atam insanlara insani gözləbaxıb. Yuxarıdan aşağı baxanları, böyük-kiçik bilməyənləri, cəmiyyətə ziddmövqe tutanları xoşlmayıb...

Yaxın dostu vəsirdaşı, həkim Tofiq Bədəlov hər gün Məmməd Şiriyevlə görüşür, dərdləşir, onugörməyəndə isə darıxır:

- Özümü həmişə cəmiyyətdə,insanların əhatəsində görməyə adət etmiş dostum el arasında öz dəyərini,yerini, çəkisini və səviyyəsini bilir. Onun fəlsəfi düşüncələrinə, dünyaya bəşərigözlərlər baxmasına, mühakimə yürütmək bacarığına, natiqlik məharətinə,dostluqda sədaqətinə, mərdliyinə, qeyrətinə bələdəm. Vətənpərvərliyi, el-oba təəssübkeşliyi,bəşəri hisslərlə yaşaması onun böyük ürək sahibi olmasından xəbər verir...

Təbiət insanıyaşadır

Məmməd müəllimdoğma Zərdəbərə kəndinə getmişdi. O təbiətin ecazkar lövhələri ilə baş-başaqalmışdı. Sanki nə bir gül, nə də budaq tərpənirdi. Sakitliyi quşlar öz nəğmələriilə pozurdu. Onlar sanki oxumurdu, təbiətlə, Yaradanla söhbət edirdi. Quşlarınbir-birinə bənzəməyən səsi, ətirli yaz nəfəsi onu bir anlığa ağuşuna alıbuzaqlara aparırdı... Təbiətin qucağında sehrlənmişdi, yaşıl dünya onu məftunetmişdi.

Lerikə haçançatdığını bilmədi. Evə çatan kimi bağa girdi, həyəti başdan-ayağa gəzdi:

"Ağaclarındibini boşaltmaq lazımdır. Qızılgüllərin, yasəmənin suyu çatmır, dibləriquruyub. Bu ağaclarda budama aparmaq, boy atmayan bitkilərə gübrə vermək deyəsənunudulub..."

Düşündü: "Təbiətdə canlıdır. Sadəcə insan qayğısına ehtiyacı var. İnsan gərək hər bir ağacınyaşıl yarpağına, hər bir gülün zərif ləçəyinə oxşasın. Onda insan yaşayır, deməli,dünya yaşayır..."

Aqillər deyibki, kökün varsa daşın, qayanın içindən də boy atarsan. Çünki insan da ağackimidir. Öz kökü də nəslinin, əslinin, yurdunun, yuvasının, ilk dəfə üstündərişələndiyi kökün üzərindən dünyaya baxır, sınanmış nəzərlərlə həqiqəti, onunmahiyyətini anlayır, dərk edir və həyatını bu çərçivədə qurur. Məmməd Ağaxan oğlu sevinsin ki, əslinin, nəslininləyaqətli davamçılarından, yurdunun sayılan kişilərindən biri də məhz odur...

İdris Şükürlü,

Əməkdarjurnalist