adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 Mart 2020 11:39
59770
ƏDƏBİYYAT

Ömür fraqmentləri - Vaqif Bəhmənlinin təqdimatında

Bağlı qapı açaram...

Şair-publisist, küllü-Qarabağınsevimlisi Əli Mahmudun

söz xalçasından butalar

Məniçərisinə nə az, nəçox, yetmiş sual yazılmış qeyd dəftərini (əslində, babat qalınlığı olan bloknotu) götürüb açmağı düşünəndə vəƏli müəllimi "sovet jurnalistləri” demişkən, "sual yağışına tutmaq istəyəndə bizi həyətə gətirən "Hyuindai” markalıqara maşın iyirmi dəqiqə olardı ki, çıxıb getmişdi. Yaxşı, bəs "Hyuindai” maşının mənim yaddaşdəftərimə nə dəxli? Məsələ burasındadır ki, mən məhz babat qalınlığı olan o bloknotoun arasını kəmali-ədəblə aralayıb, orada sıralanan70 sualı bircə-bircəƏli müəllimə verməli və cavab almalıidim. İndi isə... bax həmino dəftər bardaçokda qalmışdı, yəni bizi bağagətirən qara "Hyuindai”nin bardaçokunda qalmışdı, o da bizi bağa düşürdənnən sonra dərhal çıxıb getmişdi...

Bir dəfə 60 yaşı iləəlaqədar "XXI Gənclik dərgisi”nə yazı hazırlamaq üçün o zamanlar, elə indi dəçox sevdiyim şairadaşımla, daha doğrusu, Vaqif Səmədoğluyla görüşərkən, o mənə belə demişdi: bilirsən,adaş, indi mənim elə yaşımdır ki, əlimdə qələm olmadan düşünməyə ixtiyarımyoxdur. Söz xoşuma gəlmişdi. Yadımdadı, Vaqif müəllim bu kəlmələri söyləyəndə zəndləüzümə baxırdı, sanki bilməkistəyirdi görsün, qarşısında əyləşib ona suallar verməyə hazırlasan digərVaqifin qələmsiz düşünmək şansı tükənib, yoxsa hələ qalır...

Əlbəttə, Əli müəllimi o dərəcədəətraflı tanıyıram ki, onunla saatlarca qələmsiz sinə söhbəti eləyə bilərəm. Yəni bədahətən nələrisə soruşa, bədahətən cavablar ala və bədahətən də dostumun dilindənçıxan hər bir kəlməni yaddaşımın bir küncündə saxlamağagücüm yetər. Digər bir tərəfdən, çox şükür ki, indi, bizim zəmanəmizdəəl telefonlarının muncuq-muncuq xırda,qara gözlərindən sərçə də yayına bilməz, bu başabəla cihazcıqlar səsi səs kimi, görüntünü surət kimi sinəsinə köçürür!..

İntizamlı müxbir düşüncəsini başımdan çıxarmaqdan ayrıbir yolum qalmırdı. Yanvarınortası, bu çovğun-qiyamətdə ordan durub bura gəlmişik, "Hyuindai isəbizi geri aparmağa, aşağı-yuxarı, altı-yeddi saatdan sonra qayıdacaq.

Əli müəllim dəftərçənin "Hyuindai”də getməsinə yüngülcə təəssüfləndi. Baş verən arzuolunmaz olaya görə, əlbəttə, Əli müə

Digər Xəbərlər