28 Iyul 2025 18:11
106
ŞOU-BİZNES

“Ömer baba” “Polat”ı tənqid atəşinə tutdu - VİDEO

“Kurtlar vadisi” serialında Ömer baba obrazını canlandıran Emin Olcay son açıqlaması ilə gündəmə gəlib.

Adalet.az  “TGRT Haber”ə istinadən xəbər verir ki, o, layihənin “Polat Alemdar”ı Necati Şaşmazı tənqid atəşinə tutub.

E.Olcay serial yenidən çəkilərsə, iştirak edib-etməyəcəyi ilə bağlı suallara “yox” cavabını verib: “Kurtlar vadisi” serialının yenidən çəkilişində rol almazdım. Necati Şaşmaz və Raci Şaşmazdan canımı güclə qurtardım, verdikləri sözə əməl etmədilər”.

Qeyd edək ki, Raci Şaşmaz serialın ssenaristi olmaqla yanaşı, “Ali” obrazına həyat verib.