Tərbiyəçi-müəllim vakansiyası üzrə qeydiyyat başladı

İyulun 28-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vakansiyası üzrə növbəti qeydiyyat başlanır.
BŞTİ-dən Adalet.az-a bildirilib ki, qeydiyyat linki avqustun 7-si saat 12:00-a qədər aktiv olacaq. Qeydiyyatda 2022-ci və 2023-cü illərdə keçirilən tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı və müsahibə mərhələsindən uğurla keçən, lakin bal ardıcıllığına və seçiminə uyğun olaraq yerləşdirilməsi mümkün olmayan namizədlər, eyni zamanda, 2023-cü ildə test imtahanında keçid balını toplayan (29 və daha çox) və müsahibəyə qatılmayan namizədlər o şərtlə ki, yeni müsahibəni uğurla keçəcəyi halda iştirak edə bilərlər.
Qeyd edək ki, hər bir namizədin bir məktəbəqədər təhsil müəssisəsi seçmək imkanı var. Əgər bir namizəd iki və daha artıq sayda qeydiyyatdan keçərsə, keçdiyi son qeydiyyat etibarlı qəbul ediləcək.
Digər Xəbərlər

289 şagirdin nəticəsi yenidən ləğv edildi

Regionlarda məktəbəqədər təhsilə cəlb edilənlərin sayı bəlli oldu

Bağçalara növbəyə yazılma sistemindəki problemə aydınlıq gətirildi

Universitetlərdə təhsil haqları artırılacaq? - Rəsmi açıqlama

Məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə start verilir

Azərbaycan Universiteti Dövlət İmtahan Mərkəzinin sərgisində təmsil olunacaq

Xaricdə natamam təhsil alan 21 nəfərə mənfi rəy verilib
