Hələ də anası ilə küsülüdür
Müğənni Səidə Dadaşova illərdir anası Sədaqət Dadaşova ilə danışmır.
Adalet.az xəbər verir ki, bu haqda sənətçi "Həmin Zaur" proqramında danışıb. O, aparıcı Zaur Kamalın "Ananla hələ də danışmırsan"sualına belə cavab verib:
"Anayla danışmamaq deyil. Hərənin öz ailəsi var. Əsas bilirəm ki, salamatçılıqdır. Kinli deyiləm. Kaş ki, olardım. Hər dəfə mən getməyəcəyəm ki, irəli. Bir az da mənə sarı gəlsinlər. Anam tək qalmaz, dadaşovlar ailəsi böyükdür".
Qeyd edək ki, Səidənin anası Xalq artisti Brilliant Dadaşovanın bacısıdır. Sədaqət mərhum Xalq artisti Rafael Dadaşovla ailəli olub. Onların bu nikahdan 3 övladı olub.
Digər Xəbərlər
25 Mart 2026 19:44
"Qızım mənim verilişimə baxmır"
25 Mart 2026 18:43
Şakiranın Doha konserti təxirə düşdü
25 Mart 2026 11:19
Türkiyədə bu məşhurlar da saxlanıldı - Siyahıda Hande Erçel də var
24 Mart 2026 17:53


Bakı -°C

