adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
28 Fevral 2018 12:11
21040
MARAQLI

Ölümdən sonrakı həyatdan mesaj verən boyunbağı

Misirin paytaxtı Qahirənin Minya əyalətində kəşf edilən qəbirstanlığın tarixi 2 min ildən daha çoxdur. Ölümdən sonrakı həyatdan mesaj verən onlarla daş tabut və boyunbağının olduğu qədim nekropol aşkarlanıb.

Misirin əntiq əşyalar naziri Xalid əl-Ənani nekropolda 40 qəbir, zərgərlik, dulusçuluq əşyaları və qızıl maska tapıldığını deyib.

O deyib ki, ərazidə Firon dövrünün sonlarından e.ə. 300-cü illərin erkən Ptolemey dövrünə (Misir tarixində Ptolemey ellinizm dövrü) qədər olan dəfn kurqanları tapılıb.

"Bu yeni kəşfin başlanğıcıdır. Biz yaxın gələcəkdə Orta Misir yeni arxeoloji araşdırmalar aparacağıq", - Xalid əl-Ənani deyib.

Arxeoloji missiyanın rəhbəri Mustafa Vəziri, son üç ayda səkkiz türbə tapıldığını, lakin daha çoxunun ortaya çıxmasını gözlədiyini söyləyib.

"Qəbiristanlıqdakı bütün qəbirləri ortaya çıxarmaq üçün evakuasiya işinin beş il davam etməsi planlaşdırılır", - Mustafa Vəziri deyib.