adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Fevral 2016 09:47
4565
DÜNYA

Ollandan Rusiyaya sərt tələb

Fransa prezidenti Fransua Olland Rusiya hakimiyyətindən Suriya prezidenti Bəşər Əsədi dəstəkləməyə son qoymağı tələb edib. 

Adalet.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Olland açıqlamasında bildirib ki, Suriyada hava zərbələri nəticəsində evlərini tərk etməyə məcbur olan minlərlə dinc sakin əziyyət çəkir.

"Biz Bəşər Əsədin hakimiyyətdən gedəcəyinə əmin olmalıyıq”, deyə Olland qeyd edib.

Moskva iddia edir ki, Rusiya təyyarələrinin Suriyada endirdiyi hava zərbələri yaşayış rayonlarına qarşı yönəlməyib.