Ölkədə 182 min ton pambıq yığılıb
Noyabrın 18-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 182 min 497,94 ton məhsul təhvil verilib.
Dövlət Statistika Komitəsindən Adalet.az-a bildiriblər ki, noyabrın 17-də 1784,61 ton pambıq tədarük olunub.
Pambıq tədarükündə əvvəlki kimi Saatlı rayonu öndədir. Rayon pambıqçıları indiyədək məntəqələrə 24357,60 ton məhsul təhvil veriblər. Biləsuvarda 22442,72 ton, Bərdədə 19462,57 ton pambıq tədarük edilib.
Digər Xəbərlər
02 May 2024 17:40