Ölkə çimərliklərində bağırsaq çöpləri normadan dəfələrlə artıqdır - MONİTORİNQ
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizinin Yalamadan Astaraya qədər olan sahil boyu monitorinqlər keçirib.
Monitorinqlər nəticəsində götürülmüş bütün su nümunələrində mikrobioloji göstəricilər, bağırsaq çöpləri normadan dəfələrlə artıq olub.
Məlum olub ki, bütün istirahət və iaşə obyektləri tullantı sularını təmizləmədən Xəzər dənizinə axıdır. Bununla əlaqədar həmin obyektlərə xəbərdarlıq məktubları göndərilib.
Həmçinin, Nabran, Novxanı, Şıx, Sahil, Türkan, Hövsan çimərlikəri ərazisində də mikrobioloji göstəricilər normadan artıq müşahidə olunub. Zaqulba, Buzovna və təmizləyici qurğuların olduğu digər ərazilərdə isə mikrobioloji göstəricilər norma daxilində müşahidə edilib.
Digər Xəbərlər
28 Aprel 2024 14:46
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
26 Aprel 2024 16:24Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15Növbəti köç karvanı Füzuliyə çatdı - FOTOLAR - YENİLƏNİB
26 Aprel 2024 12:51Bakıda 32 dərəcə isti olacaq
26 Aprel 2024 10:27