adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Fevral 2016 20:44
3806
SİYASƏT

Ölkə başçısı ABŞ nümayəndəsi ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev Münhendə ABŞ müdafiə katibinin kəşfiyyat üzrə müavini Marsel Lettre ilə görüşüb.

Adalet.az xəbər verir ki, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib, münasibətlərimizin bir sıra sahələrdə tərəfdaşlıq səviyyəsində olduğu vurğulanıb.

Söhbət zamanı terrorizmlə mübarizə sahəsində əməkdaşlıq baxımından yaxşı perspektivlərin olduğu qeyd edilib, habelə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.