"Olimpiya çempionu olub atamı sevindirmək istəyirəm"- Hacıyev

Ən böyük arzum olimpiya çempionu olmaqdır. Çempion olub atamı sevindirmək istəyirəm.
Adalet.az report-a istinadənxəbər verir ki, bunu Paris olimpiadasında Azərbaycanı təmsil edəcək Elcan Hacıyev Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
22 yaşlı cüdoçu ən böyük dəstəyi atasından aldığını deyib:
“Ən böyük dəstəkçim və fanatım atamdır. Demək olar ki, yarışlara məndən çox baxır, rəqiblərimi izləyir. Şəklimi paylaşır. Mənimlə fəxr edir. Mən də onunla fəxr edirəm. Atam özü də idmançı olub. Sadəcə, şərait olmadığı üçün karyerasına davam etməyib. Özü etmək istədiklərini məndə görmək arzusunda idi”.
Qeyd edək ki, Paris Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Digər Xəbərlər

Çempionlar Liqasının rəsmi səhifəsində Qurban Qurbanovla bağlı PAYLAŞIM

“Neftçi”nin şikayəti təmin edilmədi

"Arnold" 1 ay oynaya bilməyəcək

Azərbaycan Kubokunun finalı bu stadionda olacaq

"Uşaq vaxtı oyunlara baxmaq üçün gəldiyim stadionda qol vurmaq fərqli hissdir"

İlham Əliyev "Qarabağı" təbrik etdi

Yankoviçin vəziyyəti açıqlandı
