adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
07 Sentyabr 2018 09:48
11066
GÜNDƏM

ÖLƏNDƏN SONRA DAHA ÇOX YAZMAĞA BAŞLAYIB

Məşhur bir şair çoxcavan, təxminən 50 yaşlarında rəhmətə getmişdi.Uzun illər unuduldu. Sonra oğlu yüksək vəzifəyə gətirildi. Oğluna yarınmaqistəyənlər girdilər bəhsə-bəhsə. Qəzetlərdə rəhmətlik haqqında palaz-palazyazılar yazmağa başladılar, sürətlə kitabları çap olunmağa başladı.

Bir dəfə Vidadi Məmmədov(yeri behişt olsun, söz ustasıydı, ən görkəmli yazıçılar, şairlər də onun dilinədüşməkdən qorxurdular) çayxanada dedi:

- Dostlar, xəbərinizvar,rəhmətlik filankəs öləndən sonra dahaçox yazmağa başlayıb.

İndi baxıram qəzetlər,saytlar sabiq prezident Ayaz Mütəllibovdan ayda bəlkə 5-6 dəfə böyük-böyük müsahibələrgötürürlər: Qarabağın necə qaytarılması barədə, Qarabağ barədə, dövlətin daxilivə xarici siyasəti barədə, ölkə iqtisadiyyatı necə inkişaf etdirilməlidi, insan haqları… və sair və ilaxır.

Hər dəfə də oxuyanda yadıma rəhmətlik Vidadi Məmmədovunsözləri düşür, yəqin Vildadi sağ olsaydıdeyərdi:

- Dostlar, Mütəllibov vəzifədən gedəndən sonra daha müdrikləşib.