"Öldürdükləri insanların orqanlarını da oğurlayırlar" - Qəzzada dəhşətli görüntü
Oktyabrın 7-dən bu yana Qəzzada 15 mindən çox insanı qətlə yetirən İsrail ordusunun ölən fələstinlilərin orqanlarını da oğurladığı iddia edilib.
Adalet.az xəbər verir ki, tibb mütəxəssisləri Qəzzada bəzi cəsədləri araşdırarkən qaraciyər, böyrək və ürək kimi həyati vacib orqanların əskik olduğu müəyyən edilib. Euro -Med Human Rights Watch təşkilatı İsrail ordusunu Qəzzada ölülərin orqanlarını oğurlamaqda günahlandırıb və müstəqil beynəlxalq araşdırmaya çağırıb.
Euronews-un məlumatına görə, Euro-Med Human Rights Watch təşkilatı verdiyi açıqlamada Qəzzada bəzi cəsədləri müayinə edən tibbi ekspertlərin hesabatlarından sonra Fələstin cəsədlərindən orqanların oğurlanması ilə bağlı narahatlıqların olduğunu bildirib. Təşkilat İsrail qüvvələrinin Qəzzanın şimalındakı Əl-Şifa və İndoneziya xəstəxanalarından və cənubdakı digər xəstəxanalardan onlarla cəsədi ələ keçirdiyini sənədləşdirdiyini iddia edib.
O, həmçinin qeyd edib ki, İsrail ordusu Əl-Şifa xəstəxanasının həyətində qazılmış kütləvi məzarlıqdan cəsədləri çıxarıb və müsadirə edib.
Tibbi ekspertlər tərəfindən müayinə edildikdən sonra qaraciyər, böyrək və ürək kimi həyati vacib orqanlar, eləcə də koklea və buynuz qişanın çatışmadığı aşkarlanıb və bu, potensial orqan oğurluğunun sübutu kimi qiymətləndirilib. Euro-Med-in məlumatına görə, Qəzzada müxtəlif xəstəxanaların həkimləri bildiriblər ki, orqan oğurluğu yalnız məhkəmə-tibbi ekspertiza ilə sübut edilə bilməz, çünki ölümdən əvvəl birdən çox cəsəd əməliyyat olunub.
Euro-Med həmçinin İsraili oktyabrın 7-dən Qəzzada apardığı hərbi əməliyyatlar zamanı həlak olan onlarla fələstinlinin cəsədini saxlamaqda ittiham edib. İsrailin ən azı 145 fələstinlinin cəsədini morqlarında, təxminən 255 fələstinlinin cəsədini isə İordaniya sərhədinə yaxın qeyri-ictimai ərazidə saxladığı iddia edilir.
Digər Xəbərlər
26 Sentyabr 2026 00:10
Xəzərdə batan hərbçilərin adları açıqlandı - Yaxınları fəryad etdi - VİDEO
26 Sentyabr 2026 00:00
Bloomberg: Tramp Zelenskini Putinlə görüşmək üçün Moskvaya getməyə çağırıb
25 Sentyabr 2026 23:52
Gürcüstan 10 ildir axtarışda olan şəxsi ABŞ-yə təhvil verdi
25 Sentyabr 2026 23:41
Putindən Ukrayna, Avropa və ABŞ ilə bağlı açıqlamalar
25 Sentyabr 2026 23:00
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən dəhşətli xəbərdarlıq
25 Sentyabr 2026 22:40
İran Hörmüzlə bağlı qərarını AÇIQLADI
25 Sentyabr 2026 21:10
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan təcili hərbi görüş keçirdi
25 Sentyabr 2026 16:44


Bakı -°C

