“Ola bilər ki, minaların təmizləndiyi yerə sızıb...”- Yazıçı

“Ərazilərimizə ermənilər tərəfindən mina basdırılması çox ciddi problemdir. Müharibədən sonra otuz illik fasilədə ermənilər ağıllarına, əllərinə gələn hər yeri minalarla doldurublar. İrəvanın özündə də onların mina istehsal edən zavodları var. Digər tərəfdən də Rusiya Ermənistana lazım olandan da artıq mina verib və onlar da bizim əraziləri minalayıblar”
Bunu Adalet.az-a açıqlamasında yazıçı Səfər Alışarlı ermənilərin ərazilərimizə mina basdırması haqda danışarkən deyib. Yazıçı insanlarımıza həmin ərazilərdə ehtiyatlı olmalarını tövsiyə edib:
“Əgər yadınızdadırsa, Kəlbəcər tərəfdə ermənilər qarın üstünə, təxminən 2-3 hektarlıq əraziyə mina tökmüşdülər. Qar əriyəndən sonra o minalar hamısı açıqda qalmışdı. Yəni heç onu əziyyət çəkib basdırmamışdılar. Ümumiyyətlə, mina müharibəsi çox alçaq müharibədir. Dinc əhaliyə qarşı bundan istifadə olunması lənətə layiq bir üsuldur. Bizim insanlarımız da bir az o yerlərə getmək üçün tələsir. İnsanlarımız ona görə də ehtiyatlı olmalıdırlar. “ANAMA” təşkilatıyla əlaqədə olmuşam. Onlar bir çox təlimlər keçirlər, texnikalar alırlar, dronlar vasitəsilə o minaları partlada bilirlər. Amma bu iş sürətlənməlidir.
Burda həm də maneə ondan ibarətdir ki, Qarabağda rus sülhməramlıları deyilən bir qüvvə və erməni yaraqlıları var. Ola bilər ki, minaların təmizləndiyi yerə sızıb təzədən mina basdırsınlar. Ona görə də məsələ çox ciddi nəzarətdə olmalıdır”.
Qeyd edək ki, bu gün Ağdamda iki mülki şəxs heyvan otararkən minaya düşüb və həlak olublar.
Vasif Əlihüseyn
Digər Xəbərlər

“Söz”ün Sevdası

Millət vəkili, yazıçı Aqil Abbasla görüş keçirilib - REPORTAJ

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan Universitetində tanınmış qələm sahibləri ilə görüş - FOTOLAR

Müəllim qəlbində ümummilli lider Heydər Əliyevin işıqlı xatirəsi...

Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO

Zərdab və Həsən bəy Zərdabi haqqında - Adil Misirli yazır
