Okampo:"İrəvan sazişdən çıxar, amma Qarabağla bağlı iddianı dayandıra bilməz"
Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) sabiq (2003-2012) prokuroru Luis Moreno Okampo növbəti dəfə erməniləri qızışdıracaq çıxış edib.
Adalet.az xəbər verir ki, o, İrəvan BCM-də ermənilərə qarşı cinayətlərin araşdırılmasını dayandıra bilməz, baxmayaraq ki, İrəvanın iddialarını geri götürmək hüququ olduğunu qeyd edib.
Söhbət Ermənistan hakimiyyəti bir il əvvəl (2024) BCM-nin Roma Əsasnaməsini ratifikasiya edərək, bunun onlara təcavüz və hərbi cinayətlərə, o cümlədən 2021-2022-ci illərdə Ermənistan Respublikasına təcavüzə görə Bakıya qarşı iddia qaldırmağa imkan verəcəyini iddiasından gedir.
Erməni diasporunun pulla ələ aldığı Okampo əlavə edib:"Ermənilər məndən soruşurlar ki, Ermənistan Ermənistana və Dağlıq Qarabağa qarşı törədilmiş cinayətlərin araşdırılmasını dayandıra bilərmi?
Cavab:Xeyr, 2021-ci il mayın 10-dan Ermənistanın sazişdən çıxmaq qərarından bir il keçənədək ona xitam verilə bilməz. Ermənistan məhkəməni yaradan beynəlxalq müqavilədən çıxa bilər, lakin prokurorun hələ 2021-ci ildə yurisdiksiya verildiyi andan törədilmiş cinayətlər üzrə istintaqa başlamaq hüququ olacaq. Mayın 10-dan ayrıldıqdan bir ilə qədər.
Deməli, Ermənistan sazişdən çıxa bilər, lakin Dağlıq Qarabağ və ya Ermənistanla bağlı son 4 ildə aparılan araşdırmaları dayandıra bilməz.
Qeyd edək ki, ermənipərəst Luis Moreno Okampo Ermənistana səfər edib. Səfər ABŞ-də fəaliyyət göstərən Həqiqət və Ədalət Mərkəzinin və bütün ermənilərin katolikosu II Qareginin dəvəti ilə baş tutmuşdu. O səfərdə olarkən Azərbaycanın ünvanına qərəzli çıxışları ilə yadda qaldı. O, COP29 sammiti öncəsi və gedişatı zamanı hər kəsi Azərbaycana təzyiq göstərməyə çağırmışdı.
Əntiqə Rəşid
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

