Oğuzda öldürülən ayı quduz deyilmiş
Oğuz rayonunda uşaq bağçasına hücum edərkən zərərsizləşdirilən ayıda quduzluqla bağlı ilkin müayinənin nəticəsi məlum olub.
Adalet.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli məlumat verib.
Qurum rəsmisi bildirib ki, ilkin müayinə nəticəsində ayıda quduzluq aşkar edilməyib: "İlkin müayinə zamanı ayıda quduzluq xəstəliyinin əlamətləri müəyyən edilməyib. Amma bu hələ müayinələrin bitməsi demək deyil. Hazırda bakterioloji sınaqlar davam etdirilir. Bu müayinə 21 gündən sonra yekunlaşacaq. Bu sınaqlar yekunlaşandan sonra quduzluğun olub-olmaması tam dəqiq bilinəcək".
Digər Xəbərlər
30 Aprel 2024 12:15
Havanı çirkləndirən şadlıq saraylarının SİYAHISI
29 Aprel 2024 15:48Bakıda bazarda ciddi nöqsanlar aşkarlandı
29 Aprel 2024 15:08Əvvəl ananın, sonra nənənin küçəyə atdığı bacılar sığınacağa YERLƏŞDİRİLDİLƏR
29 Aprel 2024 14:24Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim olunub - YENİLƏNİB
29 Aprel 2024 14:20