adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
25 Oktyabr 2016 13:08
20184
KRİMİNAL

Oğuzda dövlət qurumunun binasını yardılar

Oğuz rayonunda icra nümayəndəliyinin binasından oğurluq edilib.

Adalet.az xəbər verir ki, Report-un məlumatına görə, hadisə rayonun Qumlaq kənd icra nümayəndəliyinin inzibati binasında qeydə alınıb.

Belə ki, naməlum şəxs və ya şəxslər inzibati binaya daxil olaraq oradan noutbuk, mikrofon və kamera oğurlayıblar.

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri - Təbriz Abdurəhmanov və Rəhman Hümbətov saxlanılıblar. Saxlanılan şəxslərin rayon ərazisində fəaliyyət göstərən, Elçin Qasımova məxsus mağazadan oğurluğa cəhd etmələri də məlum olub.

Faktla bağlı araşdırmalara başlanılıb.