adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
25 Aprel 2019 17:22
32002
MARAQLI

ODRİ HEPBERN

Ötən əsrin 60-ciillərindən bu günə kimi sevilən amerikalı kinoulduz Odri Hepbern XX əsrdədünyanın 10 ən gözəl aktrisası sırasında yer alıb. Təəccüblü görünsə də, postsovet məkanının kinosevərləri onun yaradıcılığı ilə xronoloji baxımdan gectanış olublar. Odri (əsl adı və soyadı Eddavan Xemstra Hepbern) 1929-cu il mayın 4-də Brüsseldəanadan olub. Sonra valideynləri ilə birlikdə Londona köçüb. Özünü teatra həsretmək arzusu ilə yaşayan gənc Odri balet məktəbində təhsil alıb. Xepbernin kinofilməilk çəkilişi 1950-ci ildə Londonda «Cənnətdə gülüş» filmində olub. Londonunteatr səhnəsində çıxış edən gənc balerinanı rejissor Mario Dzampo kino üçünkəşf edir və onu adıçəkilən filmdə epizodik rola çəkir. Bu film yalnız 1963-cüildə keçmiş Sovet İttifaqında nümayiş olunub.


Balerinaolmağı arzulayan qız kinoulduz oldu

"Cənnətdə gülüş”filmində ofisiant qızın rolunu oynayan gülərüzlü, incəbədənli Odri daha sonrabir-birinin ardınca dörd filmdə yalnız epizodik rollara çəkilir. Belə olanhalda, o, Nyu Yorka getməyi qərara alır və Brodveydəki musiqili teatrlardaçıxış edir. Odrinin oyununu izləyən kinorejissor Uilyam Uayler onu "Romatətilləri” filmində baş rola çəkilməyə dəvət edir. Filmdə sadəlövh şahzadərolunu oynayan Odri Hepbern obrazının çox uğurlu traktovkasını tapa bilmişdi."Roma tətilləri” ekranlara çıxandan sonra Hepbern populyar aktrisa kimi şöhrətqazanır. O zaman amerikalı kinotənqidçilər yazırdılar ki, Odrinin yumor doluməharətli ifası olmasaydı, «Roma tətilləri» filmi orta səviyyəli, uzun vəsentimental kinolent olacaq. Həqiqətən, film çox bayağı və tipik Hollivudsayağısüjetdən ibarət idi. Filmin süjeti «Min bir gecə» motivinin əksinixatırladırdı. Amma burda Bağdad əvəzinə müasir Roma, xəlifə əvəzinə isə şahzadətəsvirə gəlir. Bütün hadisələr ənənəvi xeyrxah sonluqla bitir: gözəlliyi vəcazibədarlığı ilə jurnalist və fotoqrafçının ürəyini və ağlını ovsunlayanşahzadə - Odri Hepbern onun haqqında reportaj hazırlayanları bu işdən vazkeçməyə məcbur edir. Bəs necə olur ki, hər hansı bir kinoteatr və ya klubdayüksək dərəcəsi olmayan «Roma tətilləri» filmi nümayiş olunarkən, tamaşaçıqiymətli vaxtını sərf edərək, dönə-dönə ona baxır? Bunun müvəffəqiyyəti dahaçox Odri Xepbernin aktyorluq məharəti və məftunedici ifası ilə bağlıdır. Bir dəki, filmin baxımlı olmasında Odrinin tərəf-müqabili məşhur aktyor Qreqori Pekində ustalıqla oynadığı jurnalist rolunu qeyd etmək vacibdir.

Bir fransız jurnalistiamerikalı aktrisa barədə belə yazmışdı: «Hepbern bir diapazona malikaktrisadır. O, yalnız özünün şəxsi, fərdi simasını göstərməyə qadirdir. Birsözlə, Odri başqa şəklə düşmək, yeni formada olmaq istedadına malik deyil».Lakin bir diapazonda olmaq, heç də bir-birinə bənzər rollar oynamaq deməkdeyil. «Roma tətilləri»ndə gənc şahzadənin surətini ifa edən aktrisa, «Hərb vəsülh»dəki Nataşa Rostovada tamam fərqli, orijinal obraz yaratmışdı. Şahzadəqızın obrazında bolluca yumor, səmimilik, insan qəlbini duyğulandıranhərəkətlər, təəccüblü jestlər, gizli bir xeyrxahlıq və ürək saflığı var. Əgər ardıcılolaraq şahzadə - (Odri) - Nataşa Rostovaya baxsaq, onlarda heç bir oxşarlıqgörə bilmərik. Əksinə, bir-birindən fərqli, olduqca canlı və poetik versiyadaoynanılmış həyat tipajlarını görərək. Məhz «Roma tətilləri»ndəki gözəl ifayagörə Odri Hepbern 1953-cü ildə Amerika Kino Akademiyasının «Oskar» mükafatınalayiq görülmüşdü. Hepbernin sonrakı filmlərdə də maraqlı və yaddaqalan rollaraçəkilməsi aktrisanın yüksək mükafata layiq olduğunu bir daha sübut etdi. O,1954-cü ildə rejissor Bill Uaydlerin «Sabrina» komediyasında baş rola çəkilir.Ardınca «Günortadan sonra məhəbbət» (1957), «Tiffaninin evində səhər yeməyi»(1961), «Bilməcə» (1963) detektivində, «Məzəli qəşəng uşaq» (1957) və «Mənimgözəl ledim» (1964) müzikllərində müxtəlif səpkili rollar oynayıb.

Odri Hepbernin dramatikimkanları L.N.Tolstoyun «Hərb və sülh» romanının ekran variantında (1956, rej.K.Vidor) oynadığı Nataşa Rostova rolunda özünü parlaq şəkildə biruzə verib.Bundan əlavə amerikalı kinoulduz «Rahibənin həyatı ilə bağlı əhvalat» (film1958-ci ildə San-Sabastyan beynəlxalq kinofestivalında mükafat alıb), «Uşaqsaatı» (1962), «Qaranlığa kimi gözlə» (1967) filmlərə də çəkilib.

Odri Hepbernin ifasındakı NataşaRostova haqqında geniş yazmaq olar. Lakin aktrisanın oyunundakı bəzi məqamlarıqısaca xatırlamaq lazımdır. İlk dəfə rəqs etmək üçün bala gələn Nataşa həsrətləöz partyorunu gözləyir. Onun titrək baxışlarında həyəcan, qorxu, və kədər hissolunur. Aktrisanın sifət cizgilərində faciə görsənir. Tamaşaçı hətta onun ürəkçırpıntılarını, qəlbinin dərnliyində bəslədiyi ümidləri hiss edir. Gənc qızüçün birinci bal sanki dünyanın bütün fəlakəti və sevincidir...

Nataşa Rostova rolunun digərifaçıları da olub, yəqin bundan sonra da olacaq. Ancaq cəsarətlə, demək olarki, Odri Hepbernin oynadığı arıq və gözəl qız daha çox seviləcək və yaddaqalacaq.

Dünya şöhrəti qazanmış aktrisanınyaradıcılığında müəyyən müddət fasilə yarandıqdan sonra o, İngiltərəyə qayıdırvə orada bir filmə çəkilir. Ardınca «Robin Qudun qayıtması» (1976), «Onlar hamıgülürdü» (1981), «Lavener - Hilldən olan banda» (1982) və «Milyonu necəoğurlamaq» (1983) adlı ekran əsərlərində də müxtəlif rollar oynayıb.

Məharətli ifası ilə milyonlarınsevgi və məhəbbətini qazanan Odri Hepbern kino ulduzu olmaqla bərabər, həm dənəcib insan və xeyirxah əməllər sahibi olub. O, ağır xəstə ikən vəsiyyətetmişdi ki, ölümündən sonra bütün əmlakını və ona məxsus olan nə varsa,hamısını auksionda satıb, əldə olunan vəsaiti xərçəng xəstəliyindən əziyyətçəkənlərin müalicə fonduna keçirsinlər.

O.Hepbern 1993-cü ildə 64 yaşındaağır xəstəlikdən sonra dünyadan köçdü.


Həsən Tağıyev