adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Fevral 2019 11:18
8146
GÜNDƏM

O səs bizi qələbəyə aparacaq - Şəmistan Əlizamanlının 60 yaşı

Azərbaycanımızın ilk hərbi diktoru, vətənpərvərlikmahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlının 60 illiyidir.

Zəng eləyibonu təbrik elədim. Aramızda qısa bir dialoq oldu.

- Sizi təbrikedirəm!

- Çox sağol, Ayxan.

- Düşünürəmki, siz səsinizlə xidmət etmisiniz...

- Hə, 27il...

- O səsinaltında da mən 1 il xidmət etmişəm

- Mən də osəsin altında 1 il xidmət etmişəm.

- Mən səni dətanıyıram, atanı da tanıyırdım, dost idik...

- Yubileyyaşınızdır. Xüsusi bir tədbir olacaqmı?

- Gələcəkgünlərdə düşünürük. Yəqin ki, əvvəlcədən məlumat verəcəyik. Sizi də dəvət edirəm.

- 60 yaşdaözünüzü necə hiss edirsiniz?

- Əla...

Və yadımadüşdü ki, əsgərlikdə "İgid əsgər” mahnısının sədaları altında sıra addımları iləgedərkən zabitimiz bizə səslənmişdi:

"Bərkdənoxuyun! Bərkdən! Qoyun səsinizi ermənilər də eşitsin və o səsdən ürksünlər”.

Məninanmışdım o mahnının sözlərinə. Daha da bərkdən ayaqlarımızı döyürdük və dahabərkdən mahnını oxuyurduq.

Hərbi hissədəeşitdiyim o səs mənə həmişə ümid verirdi. Həmişə o səs məndə güc, dözümyaradırdı. Deyirdim ki, bu səs içimdəki darıxmağın üstünə kölgə kimi düşəcək, məno kölgənin altında dincələcəm.

Və ŞəmistanƏlizamanlı ilə indicə telefonda danışanda da bu inamım bir az da gücləndi. Bəlkədə bizi güclü edən doğma birisinin səsidir.

Dünya da səsdənyaranıb.