adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
08 May 2019 17:32
16843
ƏDƏBİYYAT

O illərin xatirələri

Vəziyyət çox gərgin idi. Silahlı üsyan yolu iləhakimiyyətə gəlmiş AXCP- Müsavat cütlüyü ölkəni idarə edə bilmirdi. Siyasipartiyaların nümayəndələri dövləti, xalqı düşdüyü bəladan, fəlakətburulğanından çıxarmaq, xilas etmək əvəzinə, bir-birini suçlayır, təqsirkarhesab edirdilər. Ayrı-ayrı qruplaşmaların, silahlı dəstələrin başçıları onlarınmaymaqlığından, bacaqıqsızlığından istifadə edərək hakimiyyəti ələ almağaçalışırdılar. Milli Məclisin iclasları təhqir, hədyan, söyüş tamaşası səhnəsinəçevrilmişdi. Bütün bunları televiziya ekranlarından izləyən xalq ümidsizliyəqapılaraq, nə edəcəyini, sabahının necə olacağını bilmirdi. İstehsal müəssisələri,fabrik və zavodlar fəaliyyətini, demək olr ki, tamamilə dayandırmışdı. Kolxoz vəsovxozlar sosializmin qalığı kimi ağına-bozuna baxmadan dağıdılıb talan edilirdi.Yenisi yaradılmadan köhnə nə vardısa, sökülüb dağıdılırdı. Bütün çirkab vəçamuru keçmiş qurulişun üstünə atırdılar. Pafoslu çıxışlarla xalqa xoşbəxtlik gətirəcəklərinivəd edirdilər. "Qul əməyi” damğası vurularaq min bir əzab-əziyyətləyetişdirilmiş pambığı tarlalardan yığmağa qoymurdular. Təsərrüfatlarınmal-mülkü, texnikası insafsızcasına qarət olunurdu. Bir çox rayonlardamal-qara, texniki vasitələr Arazın o tayında saqqıza və digər lazımsız şeylərə,narkotik maddələrə dəyişdirilirdi. Bunların nəticəsi olaraq respublika əhalisiaclıqla üzləşməli olmuşdu. Bu kimi hallar hər bir vicdanlı adama, eyni zamandapartiya işində çalışmış mənə də çox pis təsir edirdi. Həmin vaxt "Belə gedəbilməz dünyanın işi” adlı şeirim yarandı.

Kimsəsiz, köməksiz indi döyülür,

Abırlı, həyalı yersiz söyülür.

Cahillər, nadanlar baxıb öyünür.

Sevinib gülən var indi kişmişi,

Belə gedə bilməz dünyanın işi.

Qurulan sökülür, olan talanır,

Şəhərlər, obalar oda qalanır.

Yaltaqlar, yalaqlar yenə yallanır.

Adam var oyunda düşübdür şeşi.

Belə gedə bilməz dünyanın işi.

Danışan çoxalıb xalqın adından,

Ayırmaq olmayır dostun yadından.

"Kişilər” də vardır, qalmır qadından,

Bilmirsən, erkəkdir, yoxsa ki dişi.

Belə gedə bilməz dünyanın işi.

Yaranır dəstələr, bölünür mllət,

Gün-gündən pis keçir, gətirir zillət.

Qənd-çaya pul çatmır, bahalaşır ət.

Çoxu unudubdur kababı, şişi.

Belə gedə bilməz dünyanın işi.

Düzü əzab çəkir, yalanından çox,

Öləni qeyrətli, qalanından çox.

Onun satanı var alanından çox.

Yüzündən işləyir onu, on beşi,

Belə gedə bilməz dünyanın işi.

Deyəsən, ağırdır götürülən yük,

Qaçır yük altından naxələf, dönük.

Tamah qılınc kimi, iştaha böyük.

Deyəsən, laxlayır öndəki dişi...

Belə gedə bilməz dünyanın işi.

Yaxşılar yaşayar, yaman atılar,

Neçə müəmmalı sirlər açılar.

Hər kəsi qəbrinə qoyan tapılar...

Çox çəkməz, görünər həmin o kişi –

Belə gedə bilməz dünyanın işi.

30 mart, 1992-ci il, Salyan şəhəri.

Bəli, belə bir kişi var idi. O, keçən əsrin 70 –80-ci illərində respublikaya rəhbərlik etmişdi, Azərbaycan KP MK-nın birincikatibi olmuşdu. Ölkəsi, xalqı üçün yorulmaq bilmədən çalışmış, onu keçmiş SSRİməkanında qabaqcıllar sırasına çxarmışdı. Bu dahi insan, böyük şəxsiyyət HeydərƏliyev idi. İşgüzarlığını, təşkilatçılığını görüb sovetlər ölkəsinin rəhbərliyionu Moskvaya dəvət etmişdi. Bir neçə il sonra Sovet İttifaqı rəhbərliyində vəziyyətdəyişdi. Bacarığını, iradəsini görən M. Qorbaçov və onun erməni millətindənolan ətrafı öz çirkin planlarını həyata keçirmək üçün xalqımızın böyük oğlunututduğu vəzifədən uzaqlaşdırmaq məqsədilə bütün vasitələrdən istifadə etdilər.Əfsuslar olsun ki, sapı özümüzdən olan bəzi baltalar, dünyanın gediş-gəlişinianlamayan ünsürlər də bu işdə heç də ermənilərdən geridə qalmırdılar. OnlarHeydər Əliyevin Bakıya gəlməsini heç cür istəmirdilər. Səbəbi gün kimi aydınidi. Bu adamlar ulu öndərin xalq arasında hörmət və nüfuzunun böyük olduğunubildikləri üçün belə edirdilər. Bu zaman doğma Naxçıvanı ona qucaq açdı. Uluöndərin gəlişi erməniləri Naxçıvana hücum etmək fikrindən çəkindirdi.

Oxuduğunuz sətirləri yazarkən gözlərim önündən həmingünlər gəlib keçdi. Əhalinin gün-güzəranının pisləşməsi qalsın bir yana,rayonlarımız bir-birinin ardınca işğal olunur, hər gün rayonların hər birinəbir neçə şəhid gətirilirdi. Dəhşətlisi də o idi ki, hansısa rayonun hansısaayda, gündə ermənilər tərəfindən işğal olunacağı barədə söz-söhbət gəzirdi vəbu, düz çıxırdı.

1992-ci ilin aprel ayı idi. O zaman Salyan Rayon MədəniyyətŞöbəsinin müdiri işləyən Əliqismət Lalayevin (indi o, Dövlət Akademik MusiqiliTeatrının direktorudur) otağında oturub yaranan vəziyyətlə bağlı fikir mübadiləsiaparırdıq. Təzə yazdığım "O rəhbərə səs verirəm” adlı şeirimi və əvvəlindəyazdığım sözləri ona oxudum, Naxçıvan Muxtar Respublikası Milli Məclisinin SədriHeydər Əliyevə göndərmək istədiyimi bildirdim. Həmin məktub eyni ilə belə idi:"Düçar olduğumuz ağır vəziyyətdən qurtulmağımıza,Qarabağı erməni daşnaklarının caynağından xilas etməyə, respublikada əmin-amanlıqyaratmağa qadir olan, xalq arasında böyük hörmət və nüfuza malik Heydər Əlirzaoğlu Əliyevi yenidən Azərbaycanın birinci şəxsi görmək arzusu ilə”.

Bölünmüşük neçə dəfə,

Döyülmüşük dəfə-dəfə.

Bunları da bilə-bilə,

Bunlar azmış kimi hələ,

Başlamışıq biz yenidən

Mahal-mahal, tayfa-tayfa

bölünməyə.

Bölünürük bölgə-bölgə,

dəstə-dəstə,

Bölünürük kürsü üstə,

rürbə üstə,

Bölünürük mənsəb üstə,

şöhrət üstə.

Axı niyə beynimizlə,

Ağlımızla, şüurumuzla

Düşünmürük, dərk etmirik:

Dəstə-dəstə bölünəndə,

Bölünməklə öyünəndə

Cılızlaşıb kiçilirik.

Qüvvəmizi, gücümüzü

itiririk.

Adidən də adi olan ,

Sadədən də sadə olan,

Cocuqlara bir nəsihət,

Böyüklərə ibrət olan,

"Ördək, balıq, xərçəng”

Adlı bir məsəli

salaq yada.

Hər birisi ayrı-ayrı,

Başqa-başqa tərəflərə

Dartdığından, çəkdiyindən

Bataqlıqdan çıxa bilmir

Batıb qalmış araba da.

Ağlımızı, gücümüzü

Biz bir yerə toplamasaq,

Bir hədəfə, bir nöqtəyə

düz vurmasaq,

Qurtuluşa ümid yoxdur,

güman yoxdur.

Su damcısı bir nöqtəyə

döyə-döyə

Dəlib keçir qayaların

sal daşını.

Su damcısı təpərində,

Qeyrətində, əməlində

barı olaq...

Bu milləti, məmləkəti

Dağılmaqdan, məhv olmaqdan

biz qoruyaq.

Əzizlərim, soydaşlarım,

qardaşlarım,

Görürsünüz, sərkərdəsiz,

başbilənsiz

İşlərimiz çox müşküldür.

ƏzizimOrdubada,

Gəl gedəkOrdubada.

Sərkərdəbaşsız olsa,

Gedəcək ordubada.

Düşdüyü bu burulğandan,

Qurulmuş bu tələlərdən,

qurğulardan

Bu dövləti, bu milləti

Xilas etmək, önə keçmək,

başçı olmaq

Hər kişinin nə cürəti,

nə qüdrəti,

cəsarəti,

işi deyil.

Bunun üçün günəş kimi

alovlanan,

Məşəl kimi işıq saçan

ürək gərək.

Hər sözünün arxasında

dəmir məntiq,

Sonsuz arzu, dilək gərək.

Ən əsası, sözlə işin

Vəhdətindən mayalanan

əməl gərək.

Bu millətin istəyi nə?

Çıxarmağı o bacarsın

Öz xalqını bu zülmdən,

zəlalətdən.

Adamlar da, ürəklər də

Azad olsun qan qoxuyan

Ədavətdən, küdurətdən.

Kim kəsməyi bacarırsa

Qarabağı boğmaq üçün

Həm yaxından, həm

uzaqdan –

Avropadan, Okeanın

o tayından

uzadılan

Xain, xəbis o əlləri,

Rəhbərimiz qoy o olsun!

Kim bacarır həqiqəti,

Doğruluğu, dürüstlüyü

dirçəltməyi,

Kim istəyir yaltaqlığı,

Xəbisliyi, naqisliyi

dəfn etməyi,

Rəhbərimiz qoy o olsun!

Kim bacarır bu torpağa

səpələnmiş,

Laqeydlik, biganəlik,

rüşvətxorluq

Toxumunu çürütməyi,

Rəhbərimiz qoy o olsun!

Kim olmağı bacarırsa

bu millətin

Şah İsmayıl Xətayisi,

Atatürkü,

Kim apara biləcəksə

çiyinində

Azərbaycan adlı yükü,

Rəhbərimiz qoy o olsun!

Bəli, belə bir namizəd

Vardır, dostlar.

Çoxdandır ki, ürəyimdə,

beyinimdə

Təsdiqlənmiş bülletenlə

o insana –

Bu millətə sahib durub

Baş olacaq vətəndaşa

Səs verirəm.

Bu torpağa, insanlara

Zəhmət dolu, nemət dolu

Xoş günləri bəxş edəcək

Heydər adlı o ataya,

o rəhbərə

Səs verirəm.

25aprel 1992-ci il, Salyan şəhəri.

Azərbaycanın hər yerindən Naxşıvana – MuxtarRespublikanın Milli Məclisinə, Heydər Əliyevə saysız-hesabsız məktublar,teleqramlar göndərilirdi. Vətənpərvər ziyalılar özlərinə mənəvi borc bilərəkxalqımızın böyük oğlunu görmək, görüşüb söhbət etmək üçün ziyarətinə gedirdilər.Məqsəd, məram isə bir idi: dağılmaq, məhv olmaq təhlükəsi qarşısında olan Azərbaycanı tezliklə xilas etmək. Ulu öndərçox fikirləşdi, düşünüb-daşındı. Dar gündə Vətənə lazım olduğunu yəqin etdi.Belə məqamda geri durmaq olmazdı.

1993-cü ilin iyun ayının 15-də Naxçıvandan Bakıya gəldi.İndi adını daşıyan hava limanında insanlar bu gəlişi böyük bir izdihamlaqarşıladılar. Milli Məclisin iclasında yaşanan gərgin vəziyyət, Heydər ƏliyevinGəncə qiyamını yatırmaq üçün jurnalistləri də dəvət etməklə oraya getməsi,aparılan danışıqlar, yenidən Bakıya qayıdıb vəziyyəti ətraflı şəkildə təhliletməsi, öz fikrini söyləməsi, Milli Məclisin Sədri seçilməsi, oktyabr ayındakeçirilən pezident seçkilərində parlaq qələbə çalması və s. bu kimiacılı-şirinli xatirələr yaddaşımda yaşamaqdadır. Ulu öndər Prezident seçiləndənsonra ilk növbədə ölkədə sabitlik yaratmaq üçün düşünülmüş siyasət həyatakeçirdi, cəbhədə atəşkəsə nail oldu, separatçı qüvvələrin kökünü kəsmək üçün qətiyyətlimübarizə tədbirləri gördü. Xarici sərmayədarlar respublikada yarananqayda-qanunu görüb ölkəmizin iqtisadiyyatına vəsait yatırmaqdan çəkinmədilər.1994-cü ilin payızında dünyanın ən nüfuzlu neft şirkətlərinin iştirakı ilə"Əsrin müqaviləsi” imzalandı. Ölkədə mərhələli şəkildə islahatlar həyatakeçirildi.

İnam olan yerdə istədiyin məqsədə çatmaq mümkündür.Heydər Əliyevə ola inam, güvənc nəticəsində gənc müstəqil Azərbaycan dövlətininmöhkəm sütun təməlləri yarandı. 2003-cü ilin sonları və 2004-cü ildən ulu öndərinsiyasi varisi İlham Əliyev tərəfindən bu bünövrə üzərində daxili və xaricisiyasətimizin möhtəşəm abidələri ucaldıldı. Bu bir siyasət bu gün daha uğurlu şəkildədavam etməkdədir. Azərbaycan inkişaf edir, çiçəklənir, dünya dövlətləriarasında boy verir.

Seyran CAVADOV