adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
02 Dekabr 2019 11:33
35351
ƏDƏBİYYAT

O GÜN GƏLƏCƏK

Dünən gecə əmim oğlu yuxumagirmişdi. Aprel döyüşlərində şəhid olmuş əmim oğlunu deyirəm. Üzünə baxan kimisözlü adama oxşadığını hiss etdim. Sözlü adamı tanımaq da mənim əlimdə iki vurikidi. Uşaqlığımdan beləyəm. Bir adamın ki, diqqətlə üzünə baxdım, o saat bilirəmki, nəsə bir sözü var.

Nə deyəcəyini, məndən nəsoruşacağını əvvəlcədən soruşmaq istəmədim ondan. Bilirdim ki, sözünü ürəyindəsaxlayası döyül ha, nə vaxtsa deyəcək.

- Əmioğlu, - dedim, səndənçıxmayan iş, nə yaxşı yuxuma girmisən? Elə yadıma düşürdün ki... Deyirdim kaş nəolaydı, əmioğlumnan lap yuxuda olsa da görüşəydik. Bir hal-xoş eləyəydik.Allaha şükür ki, bu istəyim baş tutdu. Hə, əvvəlcə de görüm necəsən, günlərinnecə keçir, darıxıb eləmirsən ki, buralarda?

Bir az qaş-qabaqlı cavab verdisualıma. Görünür, nədənsə dilxorçuluğu varmış:

- Necə olacam, burdakı ölülərnecədisə, mən də eləyəm. Sizin kimi halva yemirik ki! Yatanda yatırıx, durandadururux. O ki, qaldı darıxmağıma, necə deyim ey, bilmirəm. Gündü də, keçiririk.Yaxşısı da olur, pisi də. Bir də axı, tutalım ki, darıxdım, darıxıf neyliyəsiyəmki? Parkı yox, bulvarı yox, gəzməli elə bir yeri yoxdu ki, buraların. Qəvrisannıxdı,qəvirlərdi, bir də ki, mənim kimi ölülərdi burda.

Əmioğlumbu sözləri deyəndən sonra bir qədər susub, handan-hana dilləndi:

- Hə, niyə yuxuna girdiyimisoruşdun axı. Qoy onu da deyim, sözüm ürəyimdə qalmasın. Sənnən soruşulası, öyrəniləsisözüm var dana, ona görə girmişdim yuxuna ki, öyrənim bunarı. Müəllim adamsan,həm də camaat içində bilirəm ki, çox olursan sən. Uamaatın da ki, bilmədiyi şeyəqurd düşər. Hər şeyi bilir olar, hardan desən xəvər verəllər saa. Dünyanın obaşında olmuş əhvalatı o saatcana bilir camaat. Ən çoxu da arvaddar, havayıdan"simsiz teleqraf" demillər ki, olara. Elə bil ki, havadan alıllaraldıxları məlumatı. Yalan demirəm ki?

- Yox, elə olanları olduğu kimideyirsən. Düz sözə nə demək olar ki?

Əmioğlum görünür, razı qaldıdediklərimdən. Hələ bir "sağ ol!" - sözü də işlətdi arada bir. Mən dəözüm özümdən razı qaldım.

Aradan çox keçməmiş yenə əmimoğlunun bu sözlərini eşitdim.

- Yaxşı, bə heş niyəsoruşmursan ki, ay əmioğlu, nəydi o mənnən soruşacağın söz? Soruş görüm, nəsoruşmalıydın?

- Deyərsən, bilərəm də. Qaçaqaçdeyil ha. Sən burda, mən burda.

- Hə, onu da düz deyirsən, -deyə, əmim oğlu köksünü ötürdü. Arada bir də boğazını artlayıb sözünə başladı:

- Di onda sözdərimə yaxşı-yaxşıqulaq as, gör nə deyirəm. O günü bir balaca yığıncağımız vardı. Bizim dəyığıncağımız olur dana. Tək elə sizdə olmur ha yığıncax. Bizim də o iclasdeyirsiniz, nə deyirsiniz bilmirəm, o fason yığıncağımız olur. Hərdən bir vacibməsələ olanda toplaşırıx bir yerə, kimin ürəyində nə varsa, deyir orda.

Nəisə... nə deyirdim, harda qaldım bilmirəm. Hə, hə yadıma düşdü. O günü dəyığıncağımız mənim qəbrimin yanında oldu. Yatmışdım yerimdə. Səs-küyə ayıldım.Baxıb gördüm ki, mənim kimi şəhid olannarın hamısı yığışıf qəbrimin ətrafına.Soruşdum ki, ay balam, xeyir ola, nəyə yığışmısınız bura?

Adamlarıniçindəkilərdən biri özünü qabağa verib yaxınnaşdı maa, gülə-gülə də dedi ki, bəxeyir olmasa, nəyə gəlmişik bura.? Danışıllar ki, bizimkilər alıf Qarabağı, torpaxlarımızıqaytarıflar özümüzə. O biri irayonnarı da geri almışıx, o yeddi irayonu. Onu dadeyillər ki, bu saat vur çattasındı İsa bulağında. Şaddıx, şadyanalıx o sözdəndöyül. Çalan kim, oxuyan kim, oynuyan kim! Xan Şuşinski, Bülbül, RəşidBehbudov, Yaquf Məmmədov, Qədir Rüstəmov, bir sözlə cəmi Qarabağdan olan xanəndələryığışıf ora. Gedif bayrağımızı Şuşada dalğalandırıf, onnan sora da Uıdır düzünəgedəcəhlər. Şənniyin davamı da orda olacax.

Yığışannarıniçindən tösmərək bir oğlan çıxıf özünü verdi qabağa və başladı danışmağa:

-Vallah, əgər deyilən söz düz olsa, mən də dirilif gedəcəm ora. Bizim hamımız otorpaxların yolunda ölməmişikmi? Gedəndə də dizimi yerə qoyuf o ki, var öpəcəmo torpağı. Hələ desən, gözdərimə də sürtəcəm ki, gözdədiyim gözümdə qalmadı.Sora da İsa bulağının suyunnan "oxay" deyə-deyə içəcəm doyuncax.

Şəhidlərdənbir başqası da alqışladı onun sözünü:

-Səni doğan ananın başına dönüm! Qurvan olum o sözdəri deyən dilinə sənin! Yamandedin dediklərini. Elə mən də o fikirdəyəm. O günnən şad günümüz olacax?Hamının gözdədiyi gün döyülmü ki, o gün? Heylə olsa, mən də gedəcəm. Qəvirsannıxqaşmır ha, sora qayıdarıx yerimizə.

-Hə, nə başını ağrıdım əmioğlu, söz-söhbət uzun getdi orda. Hamının ürəyidoluymuş. Bəsdi deyincə danışdılar, ürəklərini boşaltdılar. Axırda da hamınınsözü bu oldu ki, sənnən bu danışılannarın sareh olub-olmamasını öyrənək. Bir əməlli-başdıöyrənək ki, doğrudan da Qarabağı almışıx, yosa yox? İndi sən neyniyirsən elə, oməsələnin hə, yox xəvərini çatdır bizə tezdiynən.

Əmimoğluna söz verdim ki, özümün bildiklərimi də, qəzetdən, curnaldan oxuduqlarımıda, ara-bərədə, camaat arasında danışılanları da yerli-yataqlı öyrənib olduğukimi çatdırım ona. Qoy o da o məsələdən nigaran qalanlara çatdırsın dediklərimi.

Əmimoğlunun yuxuda dediklərini xeyli saf-çürük edəndən sonra fikirləşdim ki,olanların hamısını olduğu kimi bildirməyim ona. Əgər elə olsa, dərdlərininüstünə dərd gələcək. Ruhdan düşəcəklər. Həm də qınayacaqlar bizi. Deyəcəklərfil qulağında yatıbmı o boyda camaat. Torpaqlarımız gedib, var-yoxumuz dağılıb,adamlarımız qaçqın düşüb, qızlarımız, gəlinlərimiz əsir alınıb, ta bundan sonranə olmalıdı? Bu qədər də dözmək, bu qədər də səbr etmək olarmı? Niyə o boydacamaatın hamısı bir nəfər kimi ayağa qalxıb, otunu-suyunu, dərsini vermirlər oçörəyi dizinin üstündə olan nadürüst naxələflərin? Onların dədəsi gorbagorAmbarsumdan qalmayıb ha Qarabağ. Öz halal-haqqanəs torpaqlarımız deyilmi, otorpaxlar? Hələ heç o biri irayonnarı demirik. Ölmək ölməkdi, ta xırıldamax nədi?Biz ölüb səhv eləmişik bəyəm, haqqına eləmişik də biz!

Nolarölü olanda, papağımı qabağıma qoyub əməlli-başlı fikirləşəndə gördüm ki, düzdeyirlər, ölü olsalar da bizdən yaxşı düşünürlər. Doğrudan da deyəsən elə bizfil qulağında yatmışıq...

Birdə fikirləşdim ki, axı, onların bilmədikləri, bizdən asılı olmayan işlər dəvar. Onlar bunları haradan biləllər ki, qoy yeri gələndə onları da deyim ki, hərşey aydın olsun onlara.

Hərhalda söz vermişəm, dilimdən var gəlməsə də, ucundan-qulağından bəzi şeylərionları deməliyəm. Deməliyəm ki, elə son vaxtlar nə qələbəmiz olubsa, Apreldöyüşlərində olanlardı.

Təzəbir baş nazirləri var ey, Paşinyan adında. Küçə nümayişində özü özünü baş nazirtəyin edib, prezidentin də səlahiyyətlərini alıb əlinə, qabaqkı rəhbərlərin atasınarəhmət oxutdurur. Deyirlər erməni qandan qorxandı, amma bu qorxub eləmir. Eləqan-qan deyə-deyə durur. "Qarabağ da bizimdi, hələ o biri rayonlarda" - deyir. "Ölərik,dönmərik bu sözümüzdən" - deyir. Kəlbəcərin,Laçının buzlu bulaqları bəs eləmirmiş kimi, hələ deyir donuzlarımız da gərəkKürdən su içsin. "Biz Böyük Ermənistan dövləti yaratmalıyıq" - deyir.

Gözüdoymaznankorlar təkcə bizim torpaqlarımızla da kifayətlənmirlər. Başqa dövlətlərintorpaqlarında gözləri var. Elə hesab edirlər ki, yer üzündə varsa da ermənilərdi,yoxsa da. Yerdə qalan dövlətlərin deyirlər hamısına bir pındıx.

Hələo heç kəsin - nə özününkülərin, nə də başqa dövlətlərin tanımaq istəmədiklərisiyasətdən kəm, başı boş baş nazirin bir arvadı var ey, adına da Haykanuşdeyirlər, nə deyirlər bilmirəm, sözü lap yandırıb adamın ciyarını çıxarır.Deyir, biz sülh istəyirik, Azərbaycan razı olmur. Sən Allah, bir sözə bax ey!Sözündən belə çıxır ki, tutduğumuz yox ha, tutulub bizə verilən torpaqlar bizəqalsın, Azərbaycan da barışsın biznən. Ay hay! Yuxuda görərsiniz onu!

Atəşkəsində elə adı atəşkəsdi. Yenə əvvəllər olduğu kimi, hər gün atırlar. O qədərquduzlaşıblar ki, dinc əhalini də güllə-boran etməkdən çəkinmirlər. Nədən ki,qulaqburması verənləri yoxdu. Arxalı köpək qurd basar axı. Havadarlarınaarxayındılar deyə hökküldəyirlər.

Əmioğlu,bilirəm deyəcəksən ki, təhlükəsizliyi qoruyan bir təşkilat var ey, bəs o neyləyir?Hə, bilirəm kimi deyirsən, ATƏT-i. Mən onlara ATƏT yox, at əti yeyənlər deyirəm.Atnan ətin birləşməsidi axı, adları. Çox düz ad qoyublar onlara. Öz yerlərindəo qədər at ətindən bişirilmiş yeməklər yeyirlər ki, o yeməklərdən bezikəndə Azərbaycandüşür yadlarına. Su yolu eləyiblər Azərbaycanı. 30 ildən çoxdu ki, elə gəlib əmlikquzu ətinin kababı ilə tut arağından vurub gedirlər. Azərbaycana da ki, nə var,maşallah, süfrəsi açıq olur həmişə. Özlərinin Qıdı kirvəsi demişkən "quzukababına bol, tut arağına bol". Ye, yeyə bildikcən! Gedəndə dəhırıldaya-hırıldaya bizim başımızın altına yastıq qoyub, erməni qardaşlarınınbaşını tumarlayırlar. "Dovşana qaç, tazıya tut" demək siyasətidionların siyasəti. Bir onlardan soruşan yoxdu ki, a filan-filan şüdələr, bu 30ildən çox müddətdə heç olmasa bir otuzca qəpiklik bir iş görmüsünüz, ya yox? Eləhörmətli yazıçımız Seyran Səxavət düz deyir, adam onları görəndə elə bil ki, nənəsininoynacını görür. Təkcə Seyranın öz sözü deyil ha bu, xalqın sözüdü. Hamının əvəzindəndeyir onu.

Əmioğlu,onu da yaxşı bilirəm ki, sənə verdiyim bu məlumatlardan sonra mənə belə birsualın da olacaq. Soruşacaqsan ki, bir halda Aprel döyüşlərində gücümüzü göstərdikermənilərə, bəs indi niyə davam etdirmirik o işi? Bu sualına cavab verməzdən əvvəl,keçmişlərdə olmuş bir əhvalatı xatırlatmaq istəyirəm sənə.

Deyirlərki, keçmiş vaxtlarda imam Hüseynin təziyəsi günlərində səhnələşdirilmiş dramafason bir oyun verirlərmiş. Yezid tərəfindən qətlə yetirilən imam Hüseyn ölümayağında ətrafındakılardan su istəyirmiş. Sən demə, ciyəri yanırmışsusuzluqdan. Bir uşağın da əlində su varmış. Uşaq əlindəki suyu imam Hüseynəvermək istəyəndə, o tərəfdən də Yezidin rolunu oynayan gözünü ağardıb uşağı hədələyirmiş.Bunu görən uşaq ağlaya-ağlaya: "Ay imam Hüseyn dayı, vallah, mən saa suvermək istəirəm ey, amma neynim ki, bu yezid kopolu qoymur" - deyir. İndi əmioğlu,bizim işlərimiz də bir növ ona bənzəyir. Nə vaxt hövsələdən çıxıb, müharibəyolu ilə torpaqlarımızı azad etmək fikrinə düşürüksə, qabağımızı kəsirlər.Müharibə olmaz, bu iş sülh yolu ilə həll olunmalıdır deyirlər. Elə Aprel döyüşlərindədə, belə olmadımı?

Təkcəqabağımızı kəsən elə bu da deyil, əmioğlu. Bütün dünya çox yaxşı bilir ki, bizsülhsevər dövlətik, humanist dövlətik, üzüyumşaq dövlətik. Biz erməni deyilikki, müsəlmanın kökünü qaşıyaq. Ermənistanda bir dənə də olsun diş qurdamağa beləmüsəlman qalmayıb. Bizdə isə itinə tökdü ermənilərin sayı.

Bizelə həmişə belə olmuşuq. Qapılarımız hər vaxt açıqdı hər millətin üzünə.Ayrı-seçkilik salmarıq biz. Bunu bütün dünya bilir. Son illər gör nə qədər tədbirlərəev sahibliyi etmişik.

Bizsülh istəyirik, əmin-amanlıq istəyirik. İnsanların hər yerdə azad və xoşbəxtyaşamasını istəyirik. Erməni də insandır, o da azad və xoşbəxt yaşamaq istəyir.Biz erməni analarını gözüyaşlı görmək istəmirik.

BunuSoçidə keçirilən mötəbər yığıncaqda hörmətli prezidentimiz dönə-dönə qeyd etdi.Dünya eşitdi onun sözlərini. Erməninin baş nazirinə sarsıdıcı zərbə vurdu, onunsərsəm xəyallarını alt-üst etdi öz çıxışında.

Bunaheç bir şübhəmiz olmasın ki, nə qədər sülhsevər və ürəyiyumşaq olsaq da, səbrimizheç də tükənməz deyil.

Əgəristəklərimiz, arzularımız baş tutmasa, hansı yolla olursa olsun, Qarabağımızıazad edəcəyik, Qarabağ Azərbaycanındır! Torpaqlarımız geri qaytarılmalıdır!Prezidentimizin də son sözü budur, elə xalqımızın da! O gün gələcəkdir, o günheç də uzaqda deyil.

Hamıyaçatdır bu dediklərimi əmioğlu, qoy arxayın olsunlar, qoy rahat yatsınlar yerlərində.Eşitdikləri bu dəfə düz olacaq, şübhələri olmasın buna! İsa bulağında da,Şuşada da, Uıdır düzündə də şadyanalıqlarımız davam edəcək.