“O, gözlərini dünyaya şəhid olan gün açdı...”- Vasif Əlihüseyn yazır...

2016-cı il Şanlı aprel döyüşləri hərb tarixmizin ən önəmli günlərindən biridir. Həmin döyüşlər zamanı Lələ təpə yüksəkliyi və bir çox strateji ərazilər düşməndən azad edildi. Əslində bu döyüş 44 günlük Vətən müharibəsinin başlanğıcı idi.
Döyüşlər zamanı Cəlilabad rayonu əsgər Röyal Nəsirov kimi döyüşçüsünü şəhid verdi. Röyal Cəlilabadın aprel döyüşlərində şəhid olan tək hərbçisidir. Bu gün Röyalın dünyaya göz açdığı gündür. Amma mən elə düşünürəm ki, Röyal gözlərini dünyaya şəhid olan gün açdı və onu indi bütün ölkədə tanıyırlar. Cəmisi 19 il yaşadı və sonrakı yaşını ürəklərə keçirdi. İndi o ürəklərdə yaşayır, anılır, sevilir.
Röyal 1997-ci il martın 16-da Cəlilabadın Məlikqasımlı kəndində anadan olub. Aprel döyüşləri zamanı düşməni ağır itkilərə məruz qoyan Röyal sonda özü də qəhrəmancasına şəhid olur. Aprelin 9-da isə onu doğulduğu kənddə böyük izdihamla dəfn etdilər.
Röyal Nəsirov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Digər Xəbərlər

28 May-Respublika Günü tariximizin ən şanlı və parlaq səhifələrindəndir

Xanlıqlar dövrünə səyahət - YENİ KİTAB

Nəğmə dinsə dodaqlarda...

Can ona sadağa, baş ona peşkəş - Vaqif Bəhmənlinin şeirləri

Ümummilli liderimiz Heydər Əliyev obrazı aşıq Əhmədin yaradıcılığında

“Ondan sonra dərk etdim ki, boşluq nə demək imiş, ilahi...”- Seyran Səxavət

Şeyx Nəsrullahdan Cəlal Şəngörə
