adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 May 2019 15:42
21874
ƏDƏBİYYAT

O dağların ucalığını...


"Maşallah,mənə elə gəlirdi ki, sizin uzaqbaşı, 55, 60 yaşınız tamam олур, Vəliyəddinmüəllim..."

"Allahhər gördüyümüzdə üzümüzə işıq saçan simanızdan nur və təbəssümü əskik etməsin!.."

"İliklərinədək azərbaycançılıqla,milli-mənəvi dəyərlərimizlə yoğrulmuş xalq adamı, el oğlu..."Vəliyəddin İsmayılovunadı çəkiləndə öncə ağlıma gələn bu fikir olur. Kəlbəcər dağlarının ucalığını,vüqarını, havasının, suyunun saflığını, təmizliyini öz xislətində,xarakterində, davranışında, həyat tərzində cəmləşdirib bu gözəl insan...

Xeyli yaş fərqimizin olmasına rəğmənyoldaşlıqda, dostluqda o qədər səmimi, təvazökar, mehribandır ki, həmişəVəliyəddin müəllimlə həmyaşıd olduğumuzu sanmışam...

Gözəl ailə başçısı, gözəl ata, öz Vətənini, torpağını,hər şeydən uca tutan bir vətəndaş... O, yazdığı şeirlərdə, publisistikyazılarda ifadə etdiyi duyğular kimi həddindən artıq incə və həqiqətən gerçəkdən şair qəlbli bir insandır. Dostluq,yoldaşlıq münasibətlərində Vəliyəddin müəllim qədər etibarlı, səmimi, həssas,münasibətlərdə hər şeyi zərgər dəqiqliyi ilə ölçüb-biçib nəzərə alan ikinci biradam tapmaqçox çətindir ...

Tanımayan bir kimsə Vəliyəddin müəllimləgünlərlə səfər yoldaşı olsa, qətiyyən hiss etməz ki, bu adamgənclik illərindən üzü bəri neçə-neçə vəzifə kürsüsündə əyləşib: Kəlbəcərdəkomsomol təşkilatının 1-ci katibi, rayon partiya komitəsində təşkilat şöbəsininmüdiri, rayon xalq nəzarət komitəsinin sədri, kənd təsərrüfatı idarəsininrəisi, "aqroprom”un sədri, Bakıda "Azərsu” Səhmdar Cəmiyyətində məsul vəzifə,Prezident seçkilərində Ulu Öndər Heydər Əliyevin Qarabağ regionu üzrəsəlahiyyətli nümayəndəsi və s. və i.a.

Hələ doğma Laçında yaşayarkən o zaman Kəlbəcərdə çalışanVəliyəddin müəllimin daim xoş sorağını eşitmişdim. Şəxsi tanışlığımız isə o, Prezident seçkilərində Ulu Öndər HeydərƏliyevin səlahiyyətli nümayəndəsi olarkən başladı...

Neçə illərdir ki, biz ayrılmaz 3 dostuq: Vəliyyəddinİsmayılov, Füzuli rayonunun sabiq icra başçısı Nəbi Muxtarov və mən. Daimbiri-birimizin xoş günündə də, çətin günündə də bir yerdə olmağa çalışırıq...

3 övladı, 7 nəvəsi var Vəliyəddin müəllimin. Allahqorusun! Qızı həkim, oğlunun biri hüquqşünas, digəri müəllimdir. Xanımı damüəllimə olub. Bir sözlə, ziyalı, alicənab bir ailə sahibidir. Övladları da,nəvələri də Vəliyəddin müəllimin yolunu Azərbaycan cəmiyyətində, el arasındaləyaqətlə davam etdirirlər...

İnsan vaxt baxımından 100 il də, 150 il də yaşayabilər. Ancaq, tam səmimi şəkildə deməkistəyirəm ki, Sizin həyatınız boyu gördüyünüz işlər insanömrünə sığmayan işlərdir, Vəliyəddin müəllim!..


Maşallah, mənə elə gəlirdi ki, Sizin uzaqbaşı, 55, 60 yaşınız tamam olur, əziz dost. Allah Sizi daim belə gümrah saxlasın! Çox fikirləşdim və belə qənaətə gəldim ki,bu, belə də olmalıdır. Çünki Kəlbəcərdə yaşadığınız dövrdə udduğunuz büllurhava, içdiyiniz göz yaşı kimi saf su doğma yurddan uzaq yaşadığınız illərdə dətükənməz enerji, həyat mənbəyiniz olub... O da var ki, belə cavanqalmağınızda o dağlarımızın havası, suyu ilə yanaşı, sizi hər cəhətdənanlayan, qayğıkeş həyat yoldaşınızın və ağıllı, ismətli övladlarınızınolmasının da böyük rolu olub. Belə bir ailənin varlığı daim ürəyinizi dağadöndərib...

Dəyərli Vəliyəddin müəllim, Sizin nadir insanlara xas olan keyfiyyət vəməziyyətlərinizdən saatlarla, günlərlə danışmaq olar. Hələ qarşıda bizineçə-neçə tədbirlərimiz, görüşlərimiz gözləyir. Allah hər gördüyümüzdə üzümüzəişıq saçan simanızdan nur və təbəssümü əskik etməsin!..

Sizin 75 illik yubileyinizi Yaradandan umulan ən ülviarzularla öncədən təbrik edir, cansağlığı, uzun ömür, sönməz həyat eşqidiləyirəm.

Ən böyük arzumuz odur ki, inşallah, tezliklə hərdağında, çəmənində, bulağında, hər yolunda, cığırında, hər daşında,qayasında əziyyətiniz, zəhmətiniz olan, xatirələriniz yatan, həsrəti ilə27-ci ili yaşadığınız doğma Kəlbəcər elinə dönə biləsiniz və növbəti 80, 90,100 illik yubileylərinizi o vüqarlı dağlar qoynunda, o zümrüd yaylaqlardakıbüllur bulaqlar başında qeyd edək. Allah amanında, böyük dost!


Ramiz Cəbrayılov