Nurməhəmmədov cəzası bitdikdən sonra bu idmançı ilə döyüşəcək
UFC döyüşçüsü Həbib Nurməhəmmədovun növbəti rəqibi məlum olub.
Onun rəqibi müvəqqəti çempion, amerikalı Dastin Porye olacaq.
Bu görüş sentyabrın 7-də BƏƏ-nin Əbu-Dabi şəhərində keçiriləcək UFC 242 turniri çərçivəsində baş tutacaq.
Xəbəri Həbib Nurməhəmmədovun atası və məşqçisi Əbdülmanaf Nurməhəmmədov da təsdiqləyib.
Qeyd edək ki, 25 qələbə, 5 məğlubiyyəti olan Dastin Puarye aprelin 13-də Maks Holoveyi məğlub edərək müvəqqəti çempionluq qazanıb. Onun daimi çempion olması üçün UFC-nin məğlubedilməz çempionu Nurməhəmmədovu da məğlub etməsi lazımdır.
Onu da bildirək ki, Konor Makqreqorla döyüşdən sonra Nevada ştatının Atletik Komissiyasının qərarı ilə yarışlardan doqquz aylıqkənarlaşdırılan Həbib Nurməhəmmədovun cəzası iyulun 6-da başa çatacaq.
Digər Xəbərlər
01 May 2024 15:38
Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00