adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
19 Aprel 2020 18:20
46346
ŞOU-BİZNES

Nura Suri: “Oğlumla mən bir aydır ki, evdən çıxmırıq”

"Mən də hamı kimi hərdən inanırdım, qorxurdum, hərdən ciddiyə almırdım. Amma özüm və övladım tam bir aydır ki, evdən çıxmırıq. Qapımızın ağzındakı ayaqaltıhər gün dezinfeksiyaedici məhlulilə yuyulur. Kuryerin vəya sürücünün marketdən alıb gətirdiyi bütün sellofan zənbillər spirtlənir (sprey spirt),su şüşəsinə kimi yuyulur. Meyvə və tərəvəzlər, göyərti yuyulduqdan sonra minimum 20 dəqiqə sodalı və ya sirkəli suda saxlanılır”.

Oxu.Azxəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial media hesabında yazıb. Sənətçi dünyanı cənginə alan koronavirusdan necə və hansı yollarla qorunduğunu izləyiciləri ilə bölüşərək, xəstəliyin olduqca ciddi və təhlükəli olduğunu diqqətə çatdırıb:

"Köməkçim ikidəfə evdən çıxıb (sənədarxasınca). Evdən çıxanda geyimi başdan-ayağa spirtlənib və ayaqqabısının altını xüsusi məhlullasilib (çıxanda və qayıdanda). Evə qayıdanda əlcəkləri atılır, geyimi spirtlənir və eyvandatəmiz havada 5-6 saat qalır. Ağzına maska taxanda da spirtləyir. Yəni, özümüzü tam qoruyuruq. Evdə hər gün səhər oyananda hər otağın pəncərəsi iki-üç saat açıq qalır. Birdən bütün otaqları da açmayın. Sıra ilə açın.

Evdə iki saat dayanmadan o baş-bu baş səhər gəzişirik. Günortalar ya axşamlar idmanvə yarəqs edirik. Yüngül yeməklər yeyirik. Tərəvəz və göyərtidən daha çox istifadə edirik”.