Novxanı çimərliyində batan oğlanın cəsədi tapıldı
Abşeron rayonunun Novxanı çimərliyində batmış 2003-cü il təvəllüdlü Məmmədov Murad Zaur oğlunun axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a bildirilib ki, M.Məmmədovun cəsədi Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.