Novruz Məmmədov Mattarella ilə birgə nahar edib
Azərbaycanın Baş naziri Novruz Məmmədov və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Prezidenti Sercio Mattarella iyulun 19-da birgə işçi nahar ediblər.
Adalet.az-ın məlumatına görə, ali qonağı salamlayan N.Məmmədov Azərbaycan ilə İtaliya arasında iqtisadi, siyasi, humanitar və digər sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Baş nazir deyib ki, İtaliya Prezidentinin Azərbaycana bu səfəri əməkdaşlıq əlaqələrimizin daha da inkişaf etməsinə öz töhfəsini verəcək. Səfər çərçivəsində keçirilən səmərəli görüşlər, imzalanan sənədlər, Sumqayıt Kimya Sənaye Parkında istifadəyə verilən polipropilen zavodu, Azərbaycan-İtaliya biznes forumu ölkələrimizin hərtərəfli inkişafı üçün yeni imkanlar açacaq.
S.Mattarella Azərbaycana rəsmi səfərinin çox məhsuldar və səmərəli keçdiyini vurğulayıb, ölkələrimizin münasibətlərinin bundan sonra da dostluq və strateji tərəfdaşlıq əsasında inkişaf edəcəyini diqqətə çatdırıb.
Səmimi söhbət zamanı ATƏT-in fəaliyyətdə olan sədri kimi İtaliya dövlətinin başçısı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan ilə İtaliya arasında münasibətlərin inkişaf dinamikasından məmnunluq ifadə edilib, iqtisadiyyatın müxtəlif istiqamətlərində, xüsusən energetika sahəsində əməkdaşlığın perspektivləri haqqında müzakirələr olub.
Digər Xəbərlər
04 May 2024 22:54
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 20:26Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 14:08İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM
03 May 2024 20:04Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır
03 May 2024 16:47