Norveçin baş naziri istefa verib
Norveçin baş naziri Erna Sulberq vəzifəsindən istefa verib.
Adalet.az-ın məlumatına görə, bu qərar sentyabrda keçirilmiş parlament seçkilərində hakim Mühafizəkarlar partiyasının məğlub olması ilə əlaqədar verilib.
Qeyd olunur ki, E.Sulberq istefa ərizəsini kral 5-ci Haralda təqdim edib.
Yaxın günlərdə kralın yeni hökumətin formalaşdırması üçün İşçi partiyasının lideri Yonas-Qar Störeyə müraciət edəcəyi gözlənilir.
Qeyd edək ki, sentyabrın 13-də keçirilmiş parlament seçkilərində İşçi partiyası 26,4 faiz, Mühafizəkarlar partiyası 20,5 faiz səs toplamışdı.
Digər Xəbərlər
04 May 2024 21:30
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 10:00Estoniya parlamentində qalmaqal: Deputat cinsi təcavüzdə ittiham olunur
04 May 2024 09:19Borreldən etiraf: “ABŞ hegemon statusunu itirib”
04 May 2024 09:10Günəşdə güclü partlayışlar: Bəzi ölkələrdə radio rabitələri kəsildi
03 May 2024 22:37