adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 Iyun 2018 17:50
21561
MARAQLI

Nökərin səhvən öldürdüyü hökmdar: imperatorun gülünc sonu

Bütün dövrlərdə hökmdarların bənzərlərinin olduğunu bilirik. Hətta əksəröldürülən dövlət başçılarının "orijinal”ı deyil, oxşarlarının olduğuna dair yafaktlar, ya da şayiələr çox danışılan mövzulardandır. Bəlkə də aşağıdanyuxarıya baxanda bəxtəvərlik oxunur ki, xalq arasına, döyüş meydanına və ya digərtəhlükəli yerlərə hökmdarlar öz bənzərlərini göndərib, özləri də rahat-rahateyş-işrətlə məşğul olublar. Güman ki, bu bənzərlik məsələsinin zövqü-səfa tərəfidə olub. Amma özü deyil, bənzəri öldürüləndən sonra həmin hökmdarın sonrakı həzintaleyi də ürəkaçan olmur. Ya da ən dəhşətlisi – "orijinal” hokmdar səhvən"kopya”sının yerinə öldürülə...

Bax işin bu dəhşətli tərəfi məhz dünyanın ən böyük hökmdarlarındanolan, adını tarixə qızıl hərflərlə yazdırmış Napaleon Bonapartın başına gəlib. Belədeyilir ki, Müqəddəs Yelena adasında sürgündə ölən Napaleonun özü deyil, oxşarıolub. İndi bu söyləntinin nə qədər həqiqət və ya şəhər əfsanəsi olması faktınanəzər salaq:

Napaleon imperiyasını formalaşdırdıqdan sonra digər sələfləri kimiözünə bənzəyənləri başına yığıb. Onlardan hər biri sarayda xüsusi təlim keçərəkimperatorun bütün jestlərini, xarakterini, hətta yerişini, danışıq tərzini mənimsəyir,sonra xalq qarşısına çıxırdılar. Dörd saxta imperatorun içində Napaleonla biralmanın yarısı kimi bənzər olan Fransua Robonu xüsusi qeyd etmək lazımdır. Bənzərliko qədər dəqiq imiş ki, heç imperatorun arvadı da ayırd edə bilmirmiş. FransuaRobo kim idi və saraya necə düşmüşdü? Fransua Verden şəhərinin Baleykur kəndindədoğulmuşdu. Orduya könüllü yazılıb və tezliklə polkovnik rütbəsinə qədərqalxıb. Həm cəsurluğuna, sərkərdəlik qabiliyyətinə görə, həm də eyniləimperatora bənzədiyinə görə, döyüş yoldaşları ona elə "imperator” ləqəbiqoymuşdular. Robonin şücaəti və oxşarlığı haqqında deyilənlər tezlikləNapaleonun qulağına çatıb və imperator onunla şəxsən görüşüb. Bundan sonra o, sarayagələrək burada imperatoru bir çox məqamlarda əvəzləyib. Digər oxşarlar xalqqarşısına uzaqdan çıxarılırdı, çünki azda olsa fərqlilik vardı. Təkcə Robo həddən artıq Napaleona bənzədiyinə görə ənyaxın saray adamları və imperatorun ailəsinə sıza bilirdi. Napaleon hakimiyyətidevrildikdən sonra isə rəsmi məlumatlarda Robonun öz kəndinə qayıtdığıbildirilir. 1818-ci ildə isə Fransua Robo ev-eşiyini, mal-qarasını qoyubizsiz-soraqsız yoxa çıxıb. Həm də onunla birlikdə bacısı da yoxa çıxmışdı. Ammaillər sonra qadının Nant şəhərində var-dövlət içində yaşadığı barədə məlumatyayılır. Sonralar Robonun gizli gündəliyi tapılır və ordan bəlli olur ki,Napaleonun oxşarlarından 2-si Vaterloo döyüşündə həlak olub, yəni onlarıimperator zənn edib öldürüblər. Üçüncüsü itkin düşüb, amma onu da sonralarRusiyanın Peterburq şəhərində görüblər. Robonun yoxa çıxdığı ildə isə gündəlikdəkiqeydə görə Qurqar soyadlı generalın onunla görüşdüyü və imperatorun yerinə MüqəddəsYelena adasına göndərildiyi qeyd olunur.

Dünya şöhrətli psixiatr Ziqmund Freyd təkcə "Qadınlar nə istəyir”sualı ilə ömrünün 30 ilini çürütməyib, o həm də Napaleonun həyatının ən yaxşıaraşdırmaçılarından sayılır, daha doğrusu imperatorun gizlinləri ilə bağlıaraşdırmalar edib. Onun iddiasına görə 1823-cü ilin 4 noyabrında Napaleonunoğlu sətəlcəmdən öldüyü gün Vyana yaxınlığındakı qəsrin həyətinə gizlincə daxilolmaq istəyən naməlum bir kişi mühafizəçi tərəfindən öldürülüb. Ölünün üzərindəşəxsiyyətini təsdiq edən heç bir sənəd olmayıb, amma görənlər yad adamıneks-imperatora çox bənzəməsindən heyrətə gəliblər. Napaleonun arvadıMariya-Luiza da meyiti görəndən sonra təcili onu içəri apartdırıb. Sonra isəonun imperator ailəsinə aid olan türbədə basdırılmasını əmr edib. Yəni bu naməlumadam elə Napaleonun özü idi ki, vardı. Və o, gizli yollarını əzbər bildiyi, birvaxtlar özünə məxsus olan qəsrə gecəykən gəlibmiş ki, ölən oğlunun nəşini dəolsa son dəfə görə bilsin. Amma imperatoru adada ölmüş zənn edən mühafizəçi əlbətki, onu qaranlıqda tanımayıb, saraya soxulan qəsdçi bilərək öldürüb. Düzü,qaranlıqda tanısa da onun imperator olduğuna inanmazdı.

Bəs Müqəddəs Yelena adasında "ölüm”ündən sonra gizlənən Napaleon sonillərdə harada idi? Belə ki, İtaliyanın Verona şəhərində Petruççi soyadlı birtacir ortağı ilə birlikdə dükan açır və insanlar pozuq italyanca danışan buyadellinin necə də Napaleon Bonaparta bənzədiyinin fərqinə varırlar. TezlikləPetruççiyə yerli sakinlər "imperator” ləqəbi taxırlar. Sonralar Petruççininortağı Revar deyib ki, 1823-cü ilin oktyabrında üstü möhürlü bir məktubalıblar. Və Petruççi bu məktubu oxuyan kimi həyəcanlanıb və təcili yola düzəlib.2 saatdan sonra Revar daha bir məktub alıb. Bu məktub Petruççidən imiş, yoldanortağına göndərib. Məktubun üstündə Revardan xahiş olunurdu ki, əgər geriqayıtmasa bu möhürlü məktubu 3 aydan sonra Fransa sarayına aparsın. Revarortağının xahişini yerinə yetirib. Sarayda xüsusi möhürlü məktubu görər-görməzRevara bol mükafat verilib və ondan tələb olunub ki, bu barədə heç kimə bir sözdeməsin. Revar buna da əməl edib, amma bu dəfə 30 il susub, illər sonra isəqoca yaşında etiraf edib ki, onun ortağı məhz Napaleon Bonapartın özü olub.


Şəfiqə ŞƏFA