adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
12 Iyun 2019 15:37
25008
MARAQLI

Nobel mükafatına layiq görülməyən dahi qadınlar

Bu gün qadınlar cəmiyyətimizin aparıcı qüvvəsidir. Dünyanın müxtəlif ölkələrində qadınlar ictimai-siyasi, elmivə mədəni həyatda ciddi rol oynayırlar və söz sahibidirlər. Lakin elmi tədqiqatlar sahəsində uzun müddət qadınlar kişi həmkarlarının kölgəsində qalıb. Yaxud hansısa ciddielmi ixtiranın məhz qadın tərəfindən edilməsi elmi və ictimai dairələrdə mümkünsüz hesab olunub. Son onilliklərə qədər xüsusilə dəqiq və təbiət elmlərindəəsas söz sahibi kişilər olublar.

Beynəlxalq Qadınlar Günü münasibətilə İsveçrənin "Neue Zürcher Zeitung” qəzetində dərc olunan məqaləəldə etdikləri elmi nəticələrə görə layiq olduqları mükafatlarıalmayan, ixtiralarına görə Nobel mükafatının onlara deyil, kişi həmkarlarına nəsib olduğu qadın dahilərə həsr edilib.

Məqalədə oxuculara ilk olaraqamerikalı astronom Henriyetta Sven Livitt (1868-1921) haqqında söhbət açılıb. Harvard UniversitetiRəsədxanasında saatda 25 sent məvaciblə "kompüter” olaraq çalışan H.Livitt gecə səmasının fotolarında müxtəlif ulduzların analizi ilə məşğul olub, fotolar əsasında onların parlaqlığınıölçüb. Sırf riyazi hesablama işləri apardıqlarına görə, rəsədxana rəhbəri Edvard Pikerinq Henriyettavə digər əməkdaşları kompüter adlandırıb.

H.Livitt analiz və hesablamaları nəticəsində Sefeid dəyişkən ulduzlarının işıqsaçma gücüvə dövriliyi arasında əlaqəni aşkara çıxarıb, kainatın "Süd yolu” (Kəhkəşan) ilə məhdudlaşmadığını isbatlayıb. O,bir növ kainatda ulduzlararası məsafəni müəyyən etmək üçün ölçü metodları təqdim edib. Bütün bu elminailiyyətlər isə rəsədxana rəhbəri Pikerinqin adı ilə nəşr olunub. Livittin adı isəən yaxşı halda yalnız araşdırmaiştirakçısı kimi qeyd edilib. Livittin Sefeidlərarası dövrilik və işıqsaçma gücü arasında əlaqə metodundan yararlanan EdvarHabbl 1920-ci ildə Andromeda dumanlığının "Süd yolu”nda yerləşən ulduz topası deyil, ona ən yaxın yerləşən ayrıca qalaktika olduğunuisbat edib.

Elmi nailiyyətləri ilə kölgədə qalan qadınlar arasındaavstriyalı fizik Lize Maytnerin (1878-1968) adı da qeyd edilməlidir. Vyanada doğulan yəhudi əsilli alim nasistAlmaniyasında təqib olunduğuna görə Berlindəki elmi araşdırmalarını İsveçdə davam etdirib. O, 1938-ci ildə uran atomlarınınparçalanmasını elmi şəkildə sübuta yetirib. Lakin nüvə parçalanması ixtirasına görə Nobel mükafatını L.Maytnerdeyil, Berlindəəməkdaşlıq etdiyi almaniyalı professor Otto Hahn alıb.

Amerikalı genetik Netti Stevens(1861-1912) apardığı tədqiqatlar nəticəsində 1905-ci ildə ilk dəfə X və Y xromosomlarının doğulacaq körpənin cinsiyyətini müəyyən etdiyini sübuta yetirib. Bukəşfə baxmayaraq, elm aləmi eyni kəşfi bir neçə ay sonra etmiş EdmundVilsonun nəticələrini qəbul edib.

Yaxud da britaniyalı astrofizikCoselin Bernell (1943) hələ doktoranturada təhsil alarkən 1967-ci ildə ilk dəfə pulsar adlanan ulduzları müşahidə edib. Pulsarlarelektromaqnitik radiasiya şüası yayan yüksək məqnitləşmiş və böyük sürətlə dönən neytron ulduzları olubmüşahidə edildikdə bir növ mayaka bənzəyirlər. 1974-cü ildə bu ixtiraya görə Nobel mükafatı isə Bernellin elmi rəhbəri Antoni Heviş və Martin Rayla təqdim olunub.

Elm aləmində qadın alimlərin nailiyyətlərinin inkar edilməsi və ya lazımi diqqətə layiq görülməməsi, eləcə də onların araşdırmalarının kişihəmkarlarının adına çıxılması "Matilda effekti” adlanır. Həmin məsələni ilk dəfə amerikalı qadın haqlarımüdafiəçisi Matilda Keyc ictimailəşdirdiyi üçün bu, elmi dairələrdə onun adı ilə tanınır.