02 Mart 2016 17:23
6652
MƏMLƏKƏT

Nizami Qocayev təqaüdə göndərildi

İsmayıllı rayon Polis Şöbəsinin rəisi işdən çıxarılıb.

Şöbənin rəisi Nizami Qocayev xidmətdə olmanın son yaş həddi ilə bağlı tutduğu vəzifədən kənarlaşdırılıb.

Rayon Polis Şöbəsindən N. Qocayevin işdən çıxarılması xəbərini təsdiqləyiblər.

Bildirilib ki, şöbənin rəisi vəzifəsini hazırda rəis müavini Şöhrət Kərimov icra edir.

 N. Qocayev daha yüksək vəzifəyə təyinat alıb.