01 Noyabr 2013 15:32
21313
ƏDƏBİYYAT

Nizami Cəfərov Azərbaycan alimi haqqında kitab yazdı - FOTO

«Professor Gövhər Baxşəliyeva» kitabıişıqüzügörüb

AMEA akademik Zİya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyevanın həm elmi, həm təşkilati, həm də ictimai fəaliyyəti respublikamızda çoxlarına məlumdu. Dəyərli elmi tədqiqatları, çoxsaylı elmi məqalələri ilə nəşr edilmiş kitablarından, elmi jurnallardan, kütləvi informasiya vasitələrindən yaxşı tanış olan elmi ictimaiyyətimiz indi Gövhər xanımın yuxarıda sadalanan bütün sahələrdə fəaliyyəti ilə bağlı bir mənbədən ətraflı məlumat ala biləcək. Bu mənbə Azərbaycan Atatürk Mərkəzinin müdiri, Milli Məclisinin deputatı, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərovun yeni işıq üzü görmüş «Professor Gövhər Baxşəliyeva» kitabıdır. Kitabda Gövhər Baxşəliyevanın elmi əsərləri, məqalələri, nüfuzlu beynəlxalq konfranslarda iştirakı haqqında geniş məlumat verilir, onun AMEA Şərqşünaslıq İnstitutuna rəhbərliyində elm təşkilatçısı kimi fəaliyyəti, şərqşünas kadrların hazırlanmasında rolu hərtərəfli əks olunur.
Eyni zamanda Gövhər Baxşəliyevanın Milli Məclisin deputatı, parlamentin Elm və Təhsil məsələləri üzrə daimi komitəsinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin İslam Əməkdaшlıq Təşkilatı Parlament İttifaqında nümayəndə heyətinin rəhbəri kimi fəaliyyətindən bəhs edilir.