Haqqın carçısıdı,bizim polislər
Cinayət çoxalıb,artardı hər an,
Cinayət əlindən ağlardı cahan,
Cinayət edərdi,yerindən qalxan.
Haqqın carçısıdı,bizim polislər.
******
Yaxşıyla,yamanın yerini bilən,
Ən çətin anlarda köməyə gələn,
Hər yerdə,hər bir an onlara güvən.
Haqqın carçısıdı,bizim polislər.
******
Haqqın yollarında yanan işıqdı,
Haqq sözünü deməyə,onlar aşıqdı,
Düzlük olan yerdə sülh,barışıqdı.
Haqqın carçısıdı,bizim polislər.
******
Dövlətə arxadı,xalqına kömək,
Həmişə onları biz dayaq bilək,
Qoy,onlar sağ olsun,biz deyək,gülək.
Haqqın carçısıdı,bizim polislər.
******
Qorxmadan,hər yerdə işıq saçırlar,
Ən çətin işlərin üstün açırlar,
Bu dünyada,tək haramdan qaçırlar.
Haqqın carçısıdı,bizim polislər.
******
Qardaşımın timsalında,bütün Azərbaycan polislərinə həsr edirəm.
Şeirin müəllifi:Dünya Qarabağlı-Azərbaycan Texniki Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi.
Digər Xəbərlər
25 Mart 2026 19:15
SEYRAN SƏXAVƏT - AZƏRBAYCAN ƏDƏBİYYATINDA "XRİZANTEMA"
25 Mart 2026 18:27
Sərhədlərdən Uzaqda Başlayan Əxlaqın Səsi
25 Mart 2026 18:05
"Çıxarılmamış xəzinə" - Pərvanə Bayramqızı yazır
23 Mart 2026 15:28


Bakı -°C

