adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Iyul 2019 15:28
20409
MARAQLI

Niyə hamıya halaldır, müsəlmanlara haram?


VaxtiləBursada bir müsəlman, bügünkü adı Ərəb Şükrü olan mühitdə bulaq çəkdirib vəbulağın lövhəsinə də bunları yazdırmışdı:"Hər qula halal, müsəlmana haram!”.

Bursanınpaytaxt olduğu illər idi və bütün osmanlı bu nə fitnədir deyərək qarışmışdı.

Camaatqazıya şikayətə gedib və həmin adamı dərhal yaxalayıb qazının hüzuruna gətiriblər.Qazı əsəbi şəkildə deyib:

- Bu nə fitnədir belə?! Dini İslam, əhalisi müsəlman olan dövlətdə savabdır deyə bulaq çək, suyunuda müsəlmana qadağan elə! Belə şey olar?! Səbəbi nədir?! Ağlını itirmisən?!

Adam təmkinlişəkildə cavab verib:

- Səbəbivar. İcazə verin sübut edim.

- Nəsübutun, nə dəlilin var?! Sən fitnə yaradıb müsəlman əhalinin hüzurunuqaçırdın! Qətlin vacibdir!

Qazımarağını gizlədə bilməyib:

- Nədirsəbəbin?

Adam səbəbiancaq sultana deyə biləcəyini bildirdikdən sonra ara daha da qızışıb. Nəhayətsöhbət sultanın qulağına çatıb və adamı yanına gətirib. Sultan yenə həmin sualıverib:

- Bu nə fitnədir belə?! Dini İslam, əhalisi müsəlman olan dövlətdə savabdır deyə bulaq çəkmisən,suyunu da müsəlmanlara qadağan eləmisən!

Adam səbəbininolduğunu, amma bu səbəbin sübuta ehtiyacı olduğunu deyib.

Sultansoruşub:

- Bəssübutun dediyin qədər sağlam olmasa?

- Ondaboynum hökm qarşısında qıldan incədir!

- Degörüm necə sübut edəcəksən?

- Bunagörə gərək birinci sinaqoqdan bir ravvin(din adamı) həbs edin. Görün nələr olacaq.

Sultanadamın dediyini edib. Bütün bu dinəinanalar başda Musəvilər olmaqla birləşibbu zülmü qınamağa başlayıb. Onlar dinadamlarının məsum olduğuna əmin olduqlarını, onun azad olunması üçün istənilənməbləğdə kəfalət ödəməyə hazır olduqlarını da deyiblər. Bu dinə mənsub olan digərölkələrdən də elçilər, məktublar gəlib.

Bir həftəninsonunda adam artıq ravvini buraxmaq olar deyib. Sultana çoxlu hədiyyələr, təşəkkürməktubları gəlməyə başlayıb.

Adam busəfər sultandan hansısa bir kilsənin keşişini həbs etməyini istəyib.

Kilsəkeşişinin həbsi zamanı da reaksiyalar eyni olub. Bütün xristianlar bir olubetiraz ediblər. Keşiş azad edildikdən sonra isə sultana təşəkkür əlaməti hədiyyələrinigöndəriblər.

Adamsonda sultandan Bursanın ən sevilən imamını həbs etməyi xahiş ediblər. Eləpaytaxt Bursanın əsas məscidi olan Ulucamidə elə Cümə namazı vaxtı baş imamı həbsediblər. Kimsə "heç olmasa imkan verin namazı axıra kimi qıldırsın” belə deməyib.

Həbsinüstündən bir həftə keçsə də nə imama görə etiraz edən olub, nə də sultana bir məktubyollayan. Hər kəs halından məmnun imiş və hətta qeybətlər də yayılmağabaşlamışdı:

- Biz dəonu adam sayıb özümüzə xoca bilirdik...

- Allahbilir nə edib ki, həbs etdilər!

- Vah,vah! Onun arxasında qıldığım namazlara heyfim gəlir.

- Deməe, demə.

Sultan,qazı və adam isə olanları izləyirmiş. Sultan bulağı çəkən adamdan nə etməliolduğunu soruşub. Adam imamı azad etməyivə ondan halallıq almağını istəyib. Sultan belə də edib.

Dahasonra adam sultana deyib:

- Eyböyük sultanım! İndi siz cavab verin. Belə müsəlmanlara su halal edilərmi?

- Havada haramdır, hava da! – sultan cavab verib.

Bəli! Vətəninə, bayrağına, millətinə, dövlətinəsahib çıxmayana bu məmləkətin hər şeyi haramdır!



Çevirən:Ulucay Akif