Nişanlı qızlarının toyuna hazırlaşan ata dəm qazından zəhərlənərək öldü
İsmayıllı rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Adalet.az Apa-ya istinadən xəbər verir ki, hadisə ötən gecə Bakının Binəqədi rayonunda qeydə alınıb.
İsmayıllı rayonu Aşağıbaş kənd sakini, 1971-ci il təvəllüdlü Qəniyev Azad Cavid oğlu Bakıda kirayə yaşadığı evin hamam otağında çimərkən kustar üsulla quraşdırılan su qızdırıcısının nasazlığı səbəbindən dəm qazından zəhərlənib.
Dörd uşaq atası olan A. Qəniyevin zəhərlənməsindən ailə üzvləri gec xəbər tutub və o, köməksiz vəziyyətdə qalaraq dünyasını dəyişib.
A. Qəniyev Bakıda usta işləyib və nişanlı olan iki qız övladının bu yaxınlarda olacaq toy mərasiminə hazırlaşırmış. Onun meyiti bu gün yaşadığı İsmayıllı rayonuna gətirilib.

Digər Xəbərlər
04 May 2024 13:58
Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar - VİDEO
04 May 2024 10:28Beyləqanda dörd narkotacir ələ keçdi
03 May 2024 16:04Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 10:48Ölkəyə onlarla kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
01 May 2024 09:43