Nisə Qasımova: “Bizi həyat tərzimizə görə tənqid edirdilər”

Xalq Artisti Nisə Qasımova uzun illərdən sonra efirlərdə görünüb.
Adalet.az xəbər verir ki, uzun müddətdir efirdə görünməyən sənətçi “Rəngarəng” proqramında qonaq olub. N.Qasımova gənc müğənnilərin ifasından, geyimlərindən söz açıb:
“Deyirlər ki, hər şey zəmanədəndir.Yaxşı, tutaq ki, müasir dövrdür, belə şeylər olmalıdır. Bəs özümüzün özümüzə qarşı bir senzuramız olmalıdır axı. Biz özümüzü tənqid etməyi bacarmalıyıq. Əvvəl deyərdilər ki, biz geyimimizlə, saç düzümümüzlə, hərəkətimizlə nümunə olmalıyıq. Yadımdadır ki, bizi və bəzi müğənniləri həyat tərzimizə görə tənqid edirdilər. Amma indi tənqid etməyə heç nə qalmayıb. Kim nə istəyir, onu da edir, kim necə istəyir elə oxuyur. İndi çox şeyləri görüb əsəbləşirəm.”
ƏNTİQƏ