adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Noyabr 2015 00:13
3742
DÜNYA

Nigeriyada partlayış nəticəsində 20 nəfər öldü

Nigeriyada törədilən terror aktı nəticəsində azı 20 nəfər ölüb, 50 nəfər yaralanıb.

Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin şimalında yerləşən Kano şəhəri yaxınlığında baş verib.

Terrorçu-kamikadze dini mərasim zamanı özünü partladıb. Hücumun "Boko Haram" terror qruplaşması tərəfindən təşkil olunduğu bildirilir.